Icma.az
close
up
RU
Rusiyada heyvan qırğını: Gizli saxlanılan xəstəlik nədir?

Rusiyada heyvan qırğını: Gizli saxlanılan xəstəlik nədir?

Icma.az bildirir, Azvision portalına istinadən.

Bəzi yerlərdə hətta yolları bağlamaqla etiraz aksiyası keçirməyə də cəhdlər edilib. Həmin bölgədən olan müharibə iştirakçıları prezident Vladimir Putinə videomüraciət ediblər. Amma ciddi dəyişiklik yoxdur: Baytarlıq xidmətinin əməkdaşları səbəbini izah etmədən “OMON” dəstələrinin müşayiətilə heyvanları yığmaqda davam edirlər. Bu zaman onların sahiblərinə heç bir qərar və ya digər sənəd göstərilmir.
Bəzi bölgələrdə karantin elan olunub, ət və süd məhsullarının satışına qadağa qoyulub. Vəziyyətin nə vaxt aydınlaşacağı bəlli deyil. Rəsmi orqanlar da heç nə demir.
Bəzi ehtimallara görə səbəb pasterellaza xəstəliyinin yayılması ola bilər. Amma bu xəstəlik çox təhlükəli sayılmır və antibiotiklərlə müalicəsi mümkündür. Digər versiyaya görə, söhbət daha ciddi xəstəliyin – dabağın yayılmasından gedir. Bu xəstəliyin müalicəsi yoxdur, peyvənd də çox effekt vermir. Onun qarşısını almağın yeganə yolu heyvanları məhv etməkdir.
Novosibirskdən olan bloger, “Yutub”dakı "Sibir xalqının televiziyası” kanalının müəllifi İvan Forolov çəkdiyi videoda məhz dabaq versiyasının üzərində təkid etmişdi. Lakin tezliklə Frolov həbs olunub, video isə silinib.
Dabaq insanlara nadir hallarda keçir. Heyvanlarda isə yoluxmanın 5%-i ölümlə nəticələnir. Problem ondadır ki, heyvan heç vaxt tam bərpa olunmur və uzun müddət virusun daşıyıcısı qalır.
Dabaq xəstəliyi qeydə alınan ölkələr mütləq Dünya Baytarlıq Təşkilatına bununla bağlı məlumat verməlidir. Amma çox vaxt ət və süd məhsullarının ixracına məhdudiyyət qoyulmaması üçün bunu etmirlər.
Üstəlik, Rusiya dünyada dabaq əleyhinə peyvəndin əsas ixracatçılarındandır. Əgər ölkədə dabaq epidemiyasının olduğu meydana çıxsa, onun peyvəndlərinin qeyri-effektiv olduğu meydana çıxacaq və alıcılarını itirəcək. Görünür, buna görə heyvanların müsadirə və məhv edilməsi əməliyyatı az qala məxfi əməliyyata yaxın şərtlərlə keçirilir.
Yada salaq ki, ötən ilin payızında Azərbaycanda da heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlar paylaşılırdı. Kənd Təsərrüfatı Nazirliyi bəzi regionlarda dabaq xəstəliyinin aşkarlandığını təsdiqləsə də, narahatedici səviyyədə olmadığını bildirmişdi. İndi Rusiyada yaranan vəziyyət bizi də ehtiyatlı olmağa vadar etməlidir.
Vüsal Məmmədov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Mart 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri