Rusiyada itbazları yandırmağa hazıram deyən deputat mandatından məhrum ola bilər
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) deputatı Nikolay Arefyevin mandatından məhrum olunmasına çağırış edilib.
Oxu.Az "Abzats" nəşrinə istinadla xəbər verir ki, senator Andrey Klişas müvafiq çağırışla çıxış edib.
Buna səbəb kimi deputatın itbazlar barədə dediyi sözlər göstərilir. N.Arefyevin "Mən itləri sevib uşaqları sevməyən insanları bəyənmirəm. İtlərin uşaqları parçalamaları onlara zövq verir. Əgər bundan zövq alırlarsa, onları insan hesab etmək olmaz. Bütün itbazların üzərinə benzin töküb yandırmağa hazıram" sözləri senatoru hiddətləndirib.
A.Klişas deputatı cinayət məsuliyyətinə cəlb etməklə də hədələyib.
Qeyd edək ki, son zamanlar Rusiyada sahibsiz itlər problemi ətrafında qızğın müzakirələr gedir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 22 Mart 2025 06:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















