Rusiyada laboratoriya əməkdaşının ölümü narahatlıq yaradıb
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın İrkutsk vilayətində taunla mübarizə institutunda çalışan laboratoriya əməkdaşının naməlum mənşəli pnevmoniyadan ölməsi mümkün laboratoriya qəzası və yoluxma ilə bağlı narahatlıqlara səbəb olub.
BAKU.WS xəbər verir ki, 28 yaşlı əməkdaşın oktyabrın 2-də öldüyü bildirilir. Yerli mediada onun taun bakteriyası ilə təmasda ola biləcəyi iddia edilsə də, Rusiya səhiyyə qurumları institutda hər hansı qəza baş vermədiyini və ölümün peşə fəaliyyəti ilə əlaqəsinin müəyyən edilmədiyini açıqlayıb.
Hadisədən sonra təxminən 200 nəfərin tibbi müşahidəyə götürüldüyü bildirilib. Rəsmi qurumlar İrkutsk vilayətində epidemioloji vəziyyətin stabil olduğunu qeyd ediblər.
ABŞ Dövlət Departamenti isə məsələni aidiyyəti qurumlarla birlikdə izlədiyini açıqlayaraq, Rusiya hakimiyyətini hadisə ilə bağlı məlumatları operativ və şəffaf şəkildə ictimaiyyətə təqdim etməyə çağırıb.
Taun "Yersinia pestis" bakteriyasının yaratdığı yoluxucu xəstəlikdir. Xəstəliyin ağciyər forması ağır keçə və vaxtında müalicə olunmadıqda ölümə səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 05 Oktyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















