Icma.az
close
up
RU
Rusiyada miqrantlara qarşı zorakılıq halları artıb SƏBƏBLƏR KONKRET

Rusiyada miqrantlara qarşı zorakılıq halları artıb SƏBƏBLƏR KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Son vaxtlar Rusiyada azərbaycanlı və digər ölkələrdən olan miqrantlara qarşı münasibət daha da amansızlaşıb. Bu, həm Kremlin məqsədli siyasəti, həm də iqtisadi sanksiyalardan dolayı Rusiya cəmiyyətinin miqrantlara qarşı artan düşmənçiliyi ilə bağlıdır.

KONKRET.az xəbər verir ki, bu sözləri Demokrat.az saytının baş redaktoru Vasif Həsənli bildirib.

Kreml hakimiyyətinin apardığı səhv siyasətin ağır nəticələrinin mənzərəsi ortadadır:

Rusiyada rəsmi səviyyədə repressiyalar həyata keçirilir və yeni qanunlar qəbul edilir,

Miqrantlara qarşı kütləvi reydlər və deportasiyalar – Xüsusilə Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərdə polis miqrantlara qarşı sərt əməliyyatlar keçirir,

Qanunvericiliyin sərtləşdirilməsi – 2023-cü ildən başlayaraq Rusiya miqrantların ölkədə qalma qaydalarını çətinləşdirib,

Vətəndaşlıq və qeydiyyat məsələlərinin məhdudlaşdırılması – Mərkəzi Asiyadan və Qafqazdan gələn miqrantların Rusiya pasportu alması daha da çətinləşdirilib,

Rusiya cəmiyyətində ksenofobiya və zorakılıq halları çoxalır,

Rus millətçilərinin hücumları – Son illərdə miqrantlara qarşı millətçi qrupların hücumları və təhdidləri artıb,

İctimai nifrətin güclənməsi – Rusiya cəmiyyətində miqrantlara qarşı dözümsüzlük artır, xüsusilə də Mərkəzi Asiya və Qafqazdan olan miqrantlara qarşı,

Mediada anti-miqrant ritorikası – Rusiya dövlət mediası və sosial şəbəkələrdə miqrantlar “cinayətkar”, “terrorçu” və ya “iş yerlərini ələ keçirən” insanlar kimi təqdim olunur.

Miqrantlara qarşı zorakılığın səbəbləri:

İqtisadi problemlər – Rusiya iqtisadiyyatı sanksiyalar və Ukrayna ilə müharibə səbəbindən ağır vəziyyətdədir. Artıq yerli əhali işsizlik və aşağı maaşlardan şikayət edərkən, Kremldən narazılıq edir və hələlik miqrantları günahkar görürlər.

Müharibə və hərbi səfərbərlik – Rusiyanın Ukrayna müharibəsi ilə bağlı məğlubiyyəti miqrantlara qarşı münasibəti daha da sərtləşdirib. Hökumət bəzi miqrantları orduya cəlb etməyə çalışsa da, digər tərəfdən onları təhlükəli hesab edir.

Rusiyada millətçi ideologiyanın güclənməsi – Kreml, daxili problemlərdən diqqəti yayındırmaq üçün millətçi ritorikanı gücləndirir və miqrantları günah keçisi kimi istifadə edir.

Nəticələr və gələcək perspektivlər:

Yaxın illərdə Rusiyada miqrantlar üçün vəziyyət daha da çətinləşə bilər – Çünki Rusiyada yeni qanunlarla onların hüquqları daha da məhdudlaşdırır.

Son onilləklərdə Rusiyadan kütləvi miqrant axını geriyə dönə bilər – Əgər Rusiyada vəziyyət daha da pisləşməyə davam edərsə, Mərkəzi Asiya və Qafqazdan gələn işçilər Rusiyanı tərk edib öz ölkələrinə və ya digər regionlara üz tutacaqlar.

Rusiyanın iqtisadiyyatına mənfi təsir – Rusiyada bir çox sektor (tikinti, kənd təsərrüfatı, xidmət sahələri) miqrant işçilərindən asılıdır. Onların azalması Rusiya iqtisadiyyatına daha çox zərbə vura bilər.

Yaxşı bir misalda deyildiyi kimi, hiyləgər quş hər zaman dimdiyindən tələyə düşər. Bu gün Rusiya da özünün əsrlər boyu apardığı işğalçılıq siyasəti üzündən

Ukraynada ciddi strateji tələyə düşüb və böhrandan heçcür çıxa bilmir.

Kreml 2022-ci ildə genişmiqyaslı işğala başlayanda Ukraynanı tez bir zamanda ələ keçirəcəyini düşünürdü, lakin bu, baş vermədi. Əksinə, müharibə Rusiyanı hərbi, iqtisadi və siyasi cəhətdən ağır nəticələrlə üz-üzə qoydu.

Nəticədə Ukrayna müharibəsi Rusiyanın uzunmüddətli zəifləməsinə gətirib çıxarır. İndi Putin üçün bu müharibə artıq qazanılacaq bir savaşdan çox, sağ qalma mübarizəsinə çevrilib. Rusiya iqtisadi, hərbi və beynəlxalq baxımdan tələ içindədir və bundan necə çıxacağı hələ də bəlli deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Fevral 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri