Icma.az
close
up
RU
İsmail Cingöz: Rusiyada azərbaycanlı miqrantlara qarşı zorakılıq siyasəti güclənib

İsmail Cingöz: Rusiyada azərbaycanlı miqrantlara qarşı zorakılıq siyasəti güclənib

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu cür hərəkətlər hökumətin bilavasitə nəzarəti altında həyata keçirilir


Bakı-Moskva münasibətləri pozularsa, Türkiyənin Azərbaycanın yanında yer alacaq


Son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə milli ayrı-seçkiliyin, şovinizmin və sistematik diskriminasiyanın yeni və daha aqressiv mərhələyə keçdiyini göstərir. Artıq təkcə hüquqi və sosial təzyiqlərlə deyil, açıq zorakılıqla müşayiət olunan bu proseslər ölkədə yaşayan qeyri-rus xalqlara, xüsusilə də müsəlman və türkdilli toplumlara qarşı planlı siyasətin tərkib hissəsi kimi görünür.

Yekaterinburqda və Rusiyanın digər bölgələrində baş verən hadisələr, eləcə də rəsmi şəxslərin etirafları bu siyasətin mərkəzdən idarə olunduğunu sübut edir. Miqrantlara qarşı şantaj, saxta ittihamlar, müharibəyə məcburi cəlbetmə və onların ailələri üzərindən təzyiq mexanizmləri bu ölkədə hüquqi əsaslar üzərində deyil, qorxu və zor vasitəsilə sistem qurulduğunu göstərir.

Azərbaycan isə bu proseslərdə həm öz vətəndaşlarının, həm də milli maraqlarının müdafiəsi istiqamətində ardıcıl mövqe sərgiləyir. Xüsusilə də, "AZAL" təyyarəsinin Rusiya tərəfindən vurulması və bu hadisəyə görə məsuliyyətin boynuna alınmaması Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbə vurub. Bununla yanaşı, azərbaycanlı deputatın Rusiyaya buraxılmaması, informasiya resurslarımıza qarşı kiberhücumlar və rus mediasında aparılan açıq anti-Azərbaycan ritorikası Kremlin Azərbaycana qarşı planlı şəkildə mənfi ictimai rəy formalaşdırmaq cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir.

Bütün bunlar fonunda Rusiyanın daxilində baş verən diskriminasiya və islamofobiyanın, habelə Cənubi Qafqaz regionunda revanşizm meyllərinin artması, Moskvanın bölgədə sabitliyi pozmaq və öz təsir dairəsini genişləndirmək cəhdlərindən xəbər verir. Azərbaycanın isə bu fonda siyasi, diplomatik və hüquqi səyləri ilə beynəlxalq hüquqa əsaslanan mövqe sərgiləməsi xüsusi əhəmiyyət daşıyır.


Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a deyib ki, 2024-cü ilin son günlərində “AZAL” hava yollarına məxsus təyyarənin Qroznı hava limanına enişi zamanı Rusiya tərəfindən vurulduğu iddia edilir:

"Rusiya mənbələrinin məlumatına görə, bu hadisə Ukraynanın dron hücumları ilə eyni vaxtda baş verib. Təyyarənin Qroznıya yaxınlaşdığı zaman vurulması nəticəsində o, Qazaxıstana yönləndirilib. Lakin Qazaxıstan sərhədləri daxilində, Xəzər dənizinin sahillərində qəzaya uğrayıb. Nəticədə bəzi sərnişinlər həyatını itirib, bir neçəsi isə yaralanıb. Azərbaycan bu hadisə ilə bağlı dəfələrlə Rusiyadan rəsmi məlumat və sübut tələb edib. Başlanğıcda Rusiya təyyarəni özlərinin vurmadığını iddia etsə də, sonradan mövcud dəlil və sübutlar qarşısında geri çəkilməyə məcbur olub. Nəticədə prezident Vladimir Putin şəxsi şəkildə üzr istəyib, hadisəyə görə dərin təəssüfünü bildirib. Lakin bu üzr dövlət səviyyəsində rəsmi bəyanat kimi qəbul edilməyib. Əgər bu, rəsmi dövlət üzrü sayılsaydı, Rusiya həm “AZAL” hava yollarına, həm də həyatını itirənlərin ailələrinə və yaralananlara təzminat ödəməli olacaqdı. Bu səbəbdən Rusiya məsuliyyətdən yayınmağa çalışır.

Azərbaycan isə hadisənin arxasını buraxmayaraq, Rusiyadan əlavə sənəd və sübutlar tələb etməkdə davam edir. Məlumata görə, Rusiya bu sənədlərin hamısını təqdim etməyib. Əgər həmin sənədlər tam şəkildə təqdim olunarsa, Azərbaycan Rusiyaya qarşı beynəlxalq məhkəmədə təzminat iddiası qaldırmağa hazırlaşır.

Bu hadisədən sonra Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərdə müəyyən gərginlik müşahidə olunmaqdadır".


Ekspert qeyd edib ki, Ukrayna ilə müharibədə çətinlik çəkən Rusiya ordusunda şəxsi heyət çatışmazlığı olduğu barədə də məlumatlar yayılıb:

"Bu səbəbdən Rusiyada yaşayan və ya Rusiya vətəndaşlığına keçmiş azərbaycanlılardan Ukraynaya qarşı döyüşmək üçün hərbi xidmətə çağırışlar edildiyi bildirilir. Digər miqrantlar kimi, azərbaycanlılara da “əgər döyüşməsəniz, ölkədən deportasiya olunacaqsınız, ya da sizə saxta ittihamlarla cəza verəcəyik” şəklində təhdidlər olduğu deyilir. Son günlərdə Rusiya vətəndaşlığına keçmiş iki azərbaycanlının xüsusi əməliyyat zamanı həyatını itirdiyi, üç nəfərin isə işgəncəyə məruz qaldığı barədə məlumatlar beynəlxalq mediada yer alıb. Bu hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiyadan izahat tələb edib. Rusiyanın Ukrayna ilə müharibədə həm canlı qüvvə, həm də hərbi texnika və sursat çatışmazlığı ilə üzləşdiyi, bu məqsədlə İrandan və Şimali Koreyadan hərbi dəstək almağa çalışdığı məlumdur. Hətta Şimali Koreyadan muzdlu əsgərlər gətirilərək Ukrayna cəbhəsində döyüşdürülməsi haqda konkret məlumatlar mövcuddur. Bu çətinlikləri kompensasiya etmək üçün Rusiya miqrantlardan, xüsusilə azərbaycanlılardan və digər türkdilli ölkələrin vətəndaşlarından istifadə etməyə çalışır. Bu çərçivədə rusiyada azərbaycanlı miqrantlara qarşı zorakılıq siyasətinin gücləndiyi görünür. Kremlə bağlı qruplar vasitəsilə həyata keçirilən bu zorakılıq halları hüquqi məsuliyyətdən yayınmaq üçün rəsmi dairələr tərəfindən inkar edilə bilər. Lakin məlumdur ki, bu cür hərəkətlər hökumətin bilavasitə nəzarəti altında həyata keçirilir".


İsmail Cingöz vurğulayıb ki, ümumilikdə, Rusiya ilə Azərbaycan arasındakı gərginliyin əsas səbəblərindən biri həm “AZAL” təyyarəsinin vurulması, həm də rusiyada azərbaycanlı miqrantlara qarşı artan təzyiqlərdir:

"Digər maraqlı iddia isə ondan ibarətdir ki, Azərbaycan, Türkiyə, Rusiya, İran və Pakistanın bir araya gələrək Çinlə rəqabət apara biləcək yeni bir qlobal blok formalaşdırmaq istədiyi barədə məlumatlar var. Bu cür bir blokun yaranmasının qarşısını almaq istəyən bəzi xarici qüvvələr, xüsusilə Azərbaycan və Rusiyanın münasibətlərini gərginləşdirməyə çalışır. Azərbaycanla Rusiyanın münasibətləri pozularsa, Türkiyənin də Azərbaycanın yanında yer alacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyul 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri