Icma.az
close
up
RU
Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Ağıllı cihazların və mobil tətbiqlərin iş dünyasındakı hökmranlığı davam etməsinə baxmayaraq Rusiyada xüsusilə dövlət qurumları və nəhəng şirkətlər təəccüblü bir qərara imza atıblar. Mobil rabitədə yaşanan kəsintilər və mesajlaşma platformalarına gələn qəfil məhdudiyyətlər şirkətlərin ən təhlükəsiz sığınacaq hesab edilən ənənəvi stasionar xəttlərə maraq göstərməsinə səbəb olub.

Milli.Az xəbər verir ki, yayımlanan son tender və təchizat məlumatlarına görə, nəhəng şirkətlərin stasionar telefon alışı üçün ayırdığı büdcə 2026-cı ilin əvvəlindən etibarən ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 118 milyon rubl təşkil edib. İlin ilk səkkiz ayında dövlət qurumları və özəl şirkətlər tərəfindən 3 500-dən çox stasionar telefon alınaraq istismara verilib.

Mütəxəssislər texnologiya əsrində baş verən bu geri çəkilmənin arxasında üç əsas səbəbin dayandığını açıqlayıblar. Əsasən mobil şəbəkələrdə yaşanan əlaqə qopmalarının iş axınını pozduğunu qeyd edən mütəxəssirlər, ani mesajlaşma və zəng tətbiqlərinə tətbiq edilən məhdudiyyətlərin də qəbul edilən bu qərarda rol oynadığını bildiriblər. Digər tərəfdən, şirkətlər kabelli stasionar xətlərin dinlənilməyə və xarici müdaxilələrə qarşı mobil şəbəkələrdən qat-qat təhlükəsiz olduğunu düşünürlər.

Dövlət sektorunda stasionar xəttlərə maraq gündən-günə artsa da, özəl sektor nümayəndələri bu qərara daha ehtiyatla yanaşırlar. Özəl şirkət rəhbərləri masaüstü telefonlara nəhəng sərmayələr yatırmaq əvəzinə, mobil əhatə dairəsini artıran siqnal gücləndiriciləri və ratsiya (təcili əlaqə) sistemlərini işə salırlar.

Buna baxmayaraq, ölkənin aparıcı telekommunikasiya operatorlarından biri olan "Rostelecom"un səlahiyyətliləri təkcə şirkətlərin deyil, evlərində stasionar telefon xidmətinə qayıtmaq istəyən fərdi abonentlərin də sayında ciddi artım müşahidə olunduğunu bildiriblər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Oktyabr 2026 04:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri