Icma.az
close
up
RU
“Mediatorun masaüstü kitabı”nın təqdimat mərasimi keçirilib

“Mediatorun masaüstü kitabı”nın təqdimat mərasimi keçirilib

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Mediasiya Şurasının tövsiyəsi ilə Avropa Şurası tərəfindən ekspert qismində cəlb edilmiş təlimçi mediatorlar – Sadiq Bağırov, Fərhad Mehdiyev, Natəvan Rüstəmova və Paşa Səfərovun müəllifi olduqları "Mediatorun masaüstü kitabı"nın ictimai təqdimat mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Avropa Komissiyasının eksperti Leonid Antohi, Vəkillər Kollegiyasının üzvü, Qadın Vəkillər Alyansı - Women Lawyers Alliance sədri, eyni zamanda mediator Dilarə Əfrasiyabova, kitabın müəllifləri Natəvan Rüstəmova, Sadiq Bağırov (Sadiq Bagirov), və Paşa Səfərov çıxış ediblər. Təqdimat mərasimində ölkənin müxtəlif bölgələrindən 100-dən çox mediator iştirak edib.
Çıxış edənlər mediasiya institutunun inkişafında peşəkar bilik və bacarıqların artırılmasının əhəmiyyətini vurğulayaraq, "Mediatorun masaüstü kitabı"nın mediatorlar üçün praktik vəsait kimi mühüm rol oynayacağını bildiriblər.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov çıxışında ölkəmizdə mediasiya institutunun inkişaf istiqamətlərindən bəhs edərək, mediatorların peşəkar hazırlığının gücləndirilməsinin və praktik biliklərin sistemli şəkildə artırılmasının vacibliyini qeyd edib. O, nəşrin mediatorların gündəlik fəaliyyətində etibarlı istinad mənbələrindən biri olacağına əminliyini ifadə edib.
Avropa Komissiyasının eksperti Leonid Antohi kitabın hazırlanmasını mediasiya sahəsində beynəlxalq təcrübənin və müasir yanaşmaların tətbiqinə mühüm töhfə kimi qiymətləndirib. O, bu cür vəsaitlərin mediatorların peşəkar inkişafını dəstəklədiyini və mediasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini bildirib.
Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Qadınlar Alyansının sədri və mediator Dilara Əfrasiyabova mediasiyanın hüquqi mübahisələrin sülh yolu ilə həllində artan rolundan bəhs edərək, kitabın həm fəaliyyət göstərən mediatorlar, həm də bu sahəyə yeni başlayan mütəxəssislər üçün faydalı mənbə olacağını vurğulayıb.
Kitabın müəllifləri Natəvan Rüstəmova, Sadiq Bağırov və Paşa Səfərov nəşrin hazırlanma prosesi, əsas məqsədi və məzmunu barədə məlumat veriblər. Bildirilib ki, kitab mediasiya prosesinin mərhələləri, rəhbər prinsiplər, mediatorun peşəkar bacarıqları, aktiv dinləmə, tərəfsizlik, prosesin idarə olunması, sazişin hazırlanması və digər praktiki mövzuları əhatə etməklə mediatorların gündəlik fəaliyyətində istifadə edə biləcəyi masaüstü vəsait kimi hazırlanıb.
Qeyd edək ki, "Mediatorun masaüstü kitabı" mediasiya sahəsində fəaliyyət göstərən mütəxəssislərin nəzəri biliklərinin möhkəmləndirilməsi, praktiki bacarıqlarının inkişaf etdirilməsi və vahid peşəkar yanaşmanın formalaşdırılması məqsədilə hazırlanıb. Kitabda mediasiya prosesi, mediasiya sessiyasının təşkili, mediatorun peşəkar keyfiyyətləri, dəstək bacarıqları və prosesə nəzarət kimi mühüm istiqamətlər üzrə praktiki tövsiyələr yer alır. Bu vəsaitin mediatorların gündəlik fəaliyyətində faydalı istinad mənbəyi olacağı gözlənilir.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 İyul 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri