Icma.az
close
up
RU
“Rusiyada polis işgəncə və qətl üçün lisenziya alıb...” Rusiyalı ekspertlərdən Azərbaycana dəstək

“Rusiyada polis işgəncə və qətl üçün lisenziya alıb...” Rusiyalı ekspertlərdən Azərbaycana dəstək

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycan və Rusiya arasında bir neçə aydır davam edən gərginlik kulminasiya nöqtəsinə çatıb. İyunun 27-də Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşlarının azərbaycanlılara qarşı keçirdiyi əməliyyat, hüquq pozuntuları və iki nəfərin öldürülməsi ikitərəfli münasibətlərə ciddi zərbə vurub. Azərbaycanda baş verənlərə cavab olaraq adekvat addımların atılması isə prosesə yeni dinamika qatıb.

“AzPolitika” “Radio Svoboda”nın topladığı rusiyalı ekspert və politoloqların rəylərini təqdim edir:

Vladimir Potkin: "Rusiya hüquq-mühafizə orqanlarının saxladığı şübhəliləri məhkəmə hökmü olmadan öldürməsi yolverilməzdir. Zorakılıq yalnız qanun çərçivəsində tətbiq edilə bilər. İşgəncə tətbiqini qanuniləşdirmək istəyirsinizsə, bunu qanunvericiliyə daxil edin – hətta ən ağır cinayətkarlar üçün belə. Əks halda, məhkəməsiz qətl və işgəncələrin sistemli xarakter alması bütün cəmiyyətə zərər verəcək."

Yanute Layminqa: "Azərbaycan və Rusiya nə yaxın müttəfiq, nə də açıq düşməndirlər. Amma Azərbaycan Rusiyaya passiv qalmayacağını nümayiş etdirmək haqqına sahibdir, xüsusilə öz maraqları təhdid altındadırsa. Bakı, Türkiyənin dəstəyi ilə regional güc mərkəzinə çevrilir. Bir neçə ay əvvəl ağlasığmaz sayılan fikirlər artıq Azərbaycan dövlət kanallarında açıq şəkildə səsləndirilir."

Sergey Medvedev: "Rusiyada insanların  hüquq-mühafizə orqanları tərəfindən işgəncəyə məruz qalması adi haldır. Ancaq azərbaycanlıların prezident və prokurorluq səviyyəsində müdafiəsi həyata keçirilirr. Rusların isə belə bir müdafiəsi yoxdur."

İqor Eydman: "Rusiyada polis və xüsusi xidmət orqanları faktiki olaraq işgəncə və qətl üçün 'lisenziya' alıblar. İki azərbaycanlının öldürülməsi yalnız onların milliyyətinə görə gündəmə gəldi. Əgər rus olsaydılar, bu, adi hadisə kimi qəbul olunardı. Ukraynalıların öldürülməsi isə rəsmi şəkildə 'müqəddəs vəzifə' elan olunub və buna görə mükafatlar verilir."

Vladimir Oseçkin: "Yekaterinburqda azərbaycanlı Kenan Cəlilovun sifarişli qətlinin qarşısını aldığımız vaxtları xatırlayıram. O zaman GULAG rəhbərliyi və yerli cinayətkar qruplaşmalarla birlikdə ona qarşı ciddi cinayət planlaşdırılırdı. Səfərov qardaşlarının öldürülməsi ilə bağlı başsağlığı verirəm və bu cür hadisələrin unudulmamasının vacibliyini vurğulayıram. Əks halda, işgəncələr heç vaxt dayanmayacaq."

Aleksandr Baunov: "Azərbaycanla Rusiya arasındakı gərginliyin səbəbləri daxili amillərlə də bağlıdır. Avtoritar rejimlərdə qanun zəiflədikcə, güc strukturları daha çox pozuntuya yol verir. Hüquq-mühafizə orqanları nəzarətdən çıxır və bu, beynəlxalq münasibətlərə də mənfi təsir göstərir. Azərbaycan nümunəsi göstərir ki, Rusiya ilə yaxın olmaq, amma onun təsiri altında qalmamaq mümkündür."

Georgi Uruşadze: "Rusiyada mövcud rejim gözləniləndən daha tez çökə bilər. Rejimi dəstəkləyən institutlar və insanlar getdikcə azalır. Azərbaycanlılara qarşı baş verən son hadisələr bu zəifləmənin əlamətidir. Propaqanda təsirsizləşib, xalq könüllü şəkildə döyüşə getmir. Üsyan olmasa belə, rejim öz səhvlərinin ağırlığı altında çökəcək."

Bekləliklə, son hadisələr Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Rusiyalı ekspertlərin də vurğuladığı kimi, Azərbaycan öz müstəqil siyasətini daha da gücləndirir, regional güc kimi mövqeyini möhkəmləndirir. Rusiya isə daxili sabitlik problemləri və hüquq-mühafizə orqanlarının nəzarətdən çıxması ilə üz-üzədir. Bu proseslər postsovet məkanında geopolitik düzənin dəyişməsinin əlamətləridir və gələcəkdə də regionun siyasi mənzərəsinə ciddi təsir göstərəcək.

Rasim Əliyev
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 İyul 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see268

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see229

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see205

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see189

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see181

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see178

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see168

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see155

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see145

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see144

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see141

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see136

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see134

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri