Icma.az
close
up
RU
Rusiyada sülh çağırışçısına repressiya Tanınmış müxalif fəala yeni cinayət işi açıldı

Rusiyada sülh çağırışçısına repressiya Tanınmış müxalif fəala yeni cinayət işi açıldı

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyada hakimiyyət orqanları Ukraynada işğalçı müharibəyə qarşı çıxan siyasi fəallara qarşı təzyiqləri davam etdirir.

“AzPolitika” Rusiya “Telegram” kanallarına istinadla xəbər verir ki, son hədəf müxalif “Yabloko” partiyasının sədr müavini, tanınmış siyasətçi və keçmiş deputat Lev Şlosberq olub. İyunun 10-da səhər saatlarında onun Pskov şəhərindəki evində və atasının mənzilində hüquq-mühafizə orqanları tərəfindən axtarışlar aparılıb, bütün video-texnika müsadirə edilib. Paralel olaraq partiyanın yerli ofisinə də reyd təşkil olunub.

Hadisə barədə ilk məlumatı dövlətə bağlı RT kanalı yayıb. Məlumata görə, Şlosberqə qarşı Rusiya ordusunun təkrar diskreditasiyası maddəsi ilə cinayət işi açılıb. Bu maddə, ilk inzibati cəzadan sonra eyni "pozuntu"nun təkrar edilməsi halında cinayət məsuliyyəti nəzərdə tutur.

Pskov “Yabloko” təşkilatının yaydığı açıqlamaya əsasən, ittihamın əsasında Şlosberqin tarixçi Yuri Pivovarovla debat zamanı Ukraynadakı müharibənin tezliklə dayandırılmasının vacibliyini müdafiə etməsi durur. Həmin debatın videosunun sosial şəbəkə “Odnoklassniki”də yayımlandığı iddia olunur. Lakin siyasətçi bu videonu özü yerləşdirmədiyini bildirir.

Qeyd edək ki, Şlosberq bundan əvvəl də iki dəfə Ukrayna müharibəsini tənqid etdiyi üçün inzibati qaydada cərimələnmişdi. Rusiya qanunvericiliyinə əsasən, belə cərimələrdən sonra eyni əməlin təkrarı artıq cinayət kimi qiymətləndirilir.

Lev Şlosberq Rusiyada nadir müxalif siyasi fiqurlardan biridir ki, müharibəyə qarşı çıxsa da, ölkəni tərk etməyib. O, prinsipial mövqeyini dəfələrlə bəyan edir, eyni zamanda Rusiyada qalaraq mübarizəsini davam etdirməyi seçib. Maraqlıdır ki, o, xaricdə yaşayan bir çox rusiyalı müxalifləri də tənqid edib. Şlosberq bu şəxsləri “Ukraynaya dəstəyin artırılması və Putinin rejiminin hərbi yolla məğlubiyyətini istəmək”də deyil, “sülhə maraq göstərməməkdə” ittiham edir.

Şlosberqə qarşı yeni cinayət işi və aparılan reydlər göstərir ki, Rusiya hakimiyyəti hətta ən təmkinli və konstruktiv müxalif mövqelərə də güzəşt etmir. Ukraynadakı müharibənin bitməsini tələb etmək, əgər ictimai səviyyədə səslənirsə, bu artıq Kreml üçün dözülməz sayılır. Bu isə, həm ölkə daxilində siyasi repressiyaların, həm də Rusiya cəmiyyətində alternativ səslərin boğulmağa davam edəcəyinə işarədir.

Şlosberqin təqibi həm də Kremlin “müharibə əleyhdarı olmaq – düşmən olmaqdır” strategiyasını bir daha təsdiqləyir. Müxalif fikir və tənqid artıq təkcə cəza yox, açıq təqib və kriminal məsuliyyət riski yaradır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 İyun 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see148

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see137

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see136

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri