Icma.az
close
up
RU
Rusiyada tapşırıq verildi, gözlənilən müharibəyə hazırlıq başladı Tək problem...

Rusiyada tapşırıq verildi, gözlənilən müharibəyə hazırlıq başladı Tək problem...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Kyiv Independent” Rusiya hökumətinin qəbul etdiyi yeni səfərbərlik qanununun NATO ilə toqquşmaya hazırlıq olduğunu yazıb. Dəyişikliyə əsasən, səfərbərlik, hərbi vəziyyət və müharibə anlayışları birbaşa Rusiya qanunvericiliyinə daxil edilib.

Analitiklərin fikrincə, bu qərarlar Rusiyanın həqiqətən də uzunmüddətli müharibəyə, hətta alyansla qarşıdurmaya hazırlaşdığını təsdiqləyir. Son zamanlarda Rusiya sərhədlərində müşahidə olunan gərginlik, Gürcüstanda NATO təlimlərinin keçirilməsi, ABŞ rəsmilərinin bəyanatları və s. kimi amillər iddiaları daha da gücləndirir.

Rusiya NATO ilə müharibə aparmaq imkanına malikdirmi? Belə bir toqquşma yaxın gələcəkdə nə dərəcə real görünür?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Rusiya rəsmilərinin son bəyanatlarından da göründüyü kimi, Kreml ABŞ-ın verdiyi 10 günlük möhlətə loyal yanaşmaq istəmir:

“Rusiya açıq şəkildə “xüsusi əməliyyat” adlandırdıqları, əslində isə Ukraynanın böyük hissəsinin ilhaqı ilə nəticələnən müharibəni davam etdirmək niyyətindədir. ABŞ-da Prezident Donald Tramp hakimiyyətə gəldikdən sonra Ağ Ev ilə Avropa arasında ciddi fikir ayrılıqları müşahidə olundu. O, İkinci Dünya müharibəsindən sonra Avropaya verilmiş təhlükəsizlik zəmanətlərinin artıq Vaşinqton tərəfindən davam etdirilməyəcəyini bildirdi. Bu isə Avropaya mesaj idi ki, Rusiya-Ukrayna müharibəsi fonunda silahlanmalı, müdafiə qabiliyyətini artırmalı və NATO daxilində hərbi büdcələrini gücləndirməlidirlər.

ABŞ indiyədək yürütdüyü siyasətə tənqidi yanaşaraq Avropa ölkələrinə açıq şəkildə Rusiyanın onları da istədiyi an hədəf ala biləcəyini göstərdi. Ukraynanın tam ilhaqı isə növbəti mərhələdə digər Avropa ölkələrinin də eyni aqibətlə üzləşməsi ilə nəticələnə bilər. Moskva bəyan edir ki, NATO-nun Şərqə doğru genişlənməsi qeyri-legitimdir. Çünki Kreml həmin əraziləri özünün legitim hədəfi hesab edir. Qərb liderləri və siyasətçiləri bu açıqlamaları diqqətlə izləyir, paralel olaraq müzakirə aparırlar. Avropa gələcək təhlükələrə qarşı hazır olmalı və hərbi potensialını gücləndirməlidir”.

Həmçinin oxuyun:

Rusiya ilə böyük müharibə anonsu – Başlanğıc nöqtəsi bu şəhər ola bilər


Xəyal Bəşirov

Politoloqun sözlərinə görə, Qərbin Ukraynaya göstərdiyi üç il yarımlıq hərbi və maliyyə dəstəyi çərçivəsində ən böyük çatışmazlıq canlı qüvvədir:

“NATO ölkələri Ukraynaya silah, maliyyə, texnika və siyasi dəstək göstərir. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, iqtisadi təcrid siyasəti və sairə də bu prosesə daxildir. Lakin Ukrayna bu gün canlı qüvvə baxımından ciddi çətinliklərlə üz-üzədir. Artıq 60 yaşdan yuxarı şəxslər də orduya cəlb olunur.

Rusiya da oxşar problemlərlə üzləşsə də, maddi resursları hesabına muzdlu əsgərlər cəlb edə bilir. Hətta Şimali Koreyadan gətirilən hərbçilər prosesin bir hissəsidir. Bundan əlavə, Rusiyada kifayət qədər miqrant var və onların hərbi əməliyyatlarda iştirakı üçün qanunvericilikdə dəyişiklik edilib. Kiyevin isə belə imkanları yoxdur. Müharibənin hələ ilk günlərində 15-20 min insanın ölkəni tərk etdiyi məlum olmuşdu”.

Xəyal Bəşirov vurğulayıb ki, Rusiya uzunmüddətli müharibəyə hazırlaşır:

“Ölkə daxilində ictimai rəyə təsir göstərilir, insanlar psixoloji cəhətdən müharibəyə hazırlanır. Bu proses uğurla davam etdirilir. Rusiya vətəndaşları arasında aparılan sorğular göstərir ki, əhali ölkə rəhbərliyinin siyasətini dəstəkləyir. Mövcud gedişat müharibənin hələ uzun müddət davam edəcəyini göstərir. Bu reallığı nəzərə alan Donald Tramp da gülünc vəziyyətə düşməmək üçün 50 günlük möhlətin əhəmiyyətsiz olduğunu anladı və bu müddəti daha da qısaltdı”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 İyul 2025 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri