Rusiyada türk seriallarının qadağan olunmasını tələb edirlər
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiya veteranları” ictimai hərəkatı "Roskomnadzor", Dövlət Duması və Mədəniyyət Nazirliyinə müraciət edərək Rusiyada türk seriallarının nümayişinə qadağa qoyulmasını istəyib.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, ictimai fəallar hesab edir ki, türk serialları rusiyalı qadınlar arasında qeyri-real kişi imicinin yaradılmasına görə demoqrafik göstəricilərə mənfi təsir göstərir.
“Bu seriallara kifayət qədər baxan xanımlar bizim cənablara maraqlarını itirir, onlardan qeyri-real davranışlar gözləyirlər”, - hərəkat üzvlərindən İldar Rezyapov bildirib.
Rezyapov hesab edir ki, bu, Rusiya Federasiyasında doğum səviyyəsinin azalmasına və ailə institutunun məhvinə gətirib çıxaracaq. Onun fikrincə, bununla bağlı dağıdıcı təbliğat anlayışını təqdim etmək və onun nələri əhatə etdiyini qanunvericilik səviyyəsində müəyyən etmək lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 19 Mart 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















