Rusiyada uşaqları məktəbə getməyən əcnəbi ailələrin deportasiya olunması təklif edilir
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyada uşaqları məktəbə getməyən əcnəbi ailələrin deportasiyası təklif edilib.
Oxu.Az xəbər verir ki, bu barədə kp.ru məlumat paylaşıb.
Qeyd olunur ki, Rusiya Dövlət Dumasının deputatı Sardana Aksentyeva bu təşəbbüslə Daxili İşlər Nazirliyinə müraciət edib. Onun sözlərinə görə, şəhərlərdə elə bir vəziyyət yaranıb ki, minlərlə miqrant uşaq təhsil sistemindən kənarda qalır.
"Məktəbə getməyən miqrant uşaqların sayının 50%-ə çatması xüsusi narahatlıq doğurur. Xüsusilə, Moskvada 80 mindən çox miqrant uşaq var, onlardan yalnız 25 mini məktəblərdə təhsil alır ki, bu da sistemli problemin mövcudluğunu təsdiqləyir", - deyə müraciətdə qeyd olunub.
Aksentyeva bildirib ki, təhsildən yayınma inteqrasiyaya mane, cinayətkarlığın artmasına və qapalı etnik icmaların yaranmasına səbəb olur. O, Mərkəzi Asiya ölkələrinin sakinlərinin uşaqlarını rus məktəblərində oxumağa məcbur etməyi zəruri sayır. Deputatın fikrincə, sistemli pozuntular halında yalnız uşağı deyil, həm də valideynlərini ölkədən deportasiya etmək lazımdır.
Baxış sayı:81
Bu xəbər 24 İyun 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















