Icma.az
close
up
RU
Rusiyada yanacaq qıtlığı qiymətlərin kəskin artmasına səbəb olacaq...

Rusiyada yanacaq qıtlığı qiymətlərin kəskin artmasına səbəb olacaq...

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

...Rusiyanın bəzi regionlarında Aİ-95 markalı benzin yanacaqdoldurma məntəqələrindən yoxa çıxıb. Yanacaq qıtlığı Krımda, Xabarovskda və Primorsk diyarında müşahidə olunur.

Benzinin olmaması səbəbindən onun qiyməti qalxır. Hökumət tədbirlər görür, lakin indiyədək ciddi nəticə verməyib.

SİA-nın məlumatına görə, rusiyalı iqtisadçı Nataliya Prodanova yanacaq qıtlığının iqtisadiyyata və vətəndaşların həyatına necə təsir edəcəyindən danışıb.

Ekspert qeyd edib ki, tələb təklif yaradır.

Əgər təklif məhduddursa, o zaman qiymət qaçılmaz olaraq qalxır. Yanacağın da vəziyyəti eynidir.

...Yanacaqa tələbatın davam etməsi ilə onun çatışmazlığı qiymətlərin kəskin artmasına səbəb olur. Bəzi bölgələrdə Aİ-95 markalı benzinin qiyməti 1 litr üçün 100 rubldan bahadır. Bir çox özəl yanacaqdoldurma məntəqələrində yanacağın saxlanması və daşınması üçün inkişaf etmiş infrastruktur yoxdur və kifayət qədər ehtiyat yaratmayıblar. Ona görə də həmişə tələb olunan markalı benzinlə doldurmaq mümkün olmur. Bu, yanacağın litri 200-300 rubldan yüksək qiymətə satan satıcılar üçün sərfəlidir.

Prodanova “Moskva Region Today” internet nəşrinə izah edib.

Yaxın vaxtlarda bir çox yanacaqdoldurma məntəqələrində benzinin tükənəcəyi ilə bağlı yayılan xəbərlər vəziyyəti mürəkkəbləşdirir.

Yanacağın kartlarla verilməsinin məhdudlaşdırılması və limit qoyulması ilə bağlı da açıqlamalar verilir.

...Bu şayiələrin əksəriyyəti şayiə olaraq qalır. Baxmayaraq ki, ölkədə yanacaq qıtlığı problemini inkar etmək düzgün olmazdı. Vəziyyət ağırdır və dövlətin xüsusi nəzarətindədir. Müəyyən dərəcədə ixracı məhdudlaşdırmaqla yanacağın qıtlığını azaltmaq olar. Yanacağın yüksək qiyməti artıq FAS əməkdaşlarının diqqətini cəlb edib.

Bunu da Prodanova əlavə edib.

İqtisadçı oktyabra yaxın vəziyyətin sabitləşəcəyini ehtimal edib.

...Yaxın gələcəkdə bir çox avtomobil sahibləri üçün ictimai nəqliyyatdan istifadə daha sərfəli ola bilər. Lakin sistemli və uzunmüddətli yanacaq böhranı haqqında danışmaq hələ tezdir.

Bunu da rusiyalı iqtisadçı bildirib.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Avqust 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri