Icma.az
close
up
RU
Rusiyada yüzlərlə avtosalon mərkəzi bağlanıb...

Rusiyada yüzlərlə avtosalon mərkəzi bağlanıb...

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Avtomobil satışında böyük çöküş..?

...2025-ci ilin əvvəlindən Rusiyada 200-ə yaxın avtosalon mərkəzi fəaliyyətini dayandırıb - bu, ölkədə 4000-ə yaxın olan dilerlərin ümumi sayının təxminən 5 faizini təşkil edir.

SİA-nın məlumatına görə, bu barədə Autonews-a Rusiya Avtomobil Dilerləri Assosiasiyasının (ROAD) prezidenti Aleksey Podşekoldin bildirib.

Kütləvi bağlanmalar tələbatın kəskin azalması fonunda baş verir: ilin birinci yarısının nəticələrinə görə, Rusiyada yeni avtomobillərin satışı dörddə birdən çox azalıb.

Podşekoldinin sözlərinə görə, ölkədəki avtosalon şirkətlərinin təxminən 30 faizi hazırda son dərəcə çətin maliyyə vəziyyətindədir və fəaliyyətini dayandırmağa yaxındır.

O qeyd edib ki, Rusiya avtomobil bazarının hazırkı strukturu nə avtomobil istehsalçılarına, nə də dilerlərə davamlı gəlir əldə etməyə imkan vermir.

Satışların ümumi azalmasına baxmayaraq, Rusiyanın Ukraynaya tammiqyaslı işğalının başlanmasından bəri üç ildən çox müddət ərzində Rusiya bazarında avtomobil markalarının sayı iki dəfə artıb.

Belə ki, 2022-ci ilin əvvəlində 60 avtomobil markası vardısa, 2025-ci ilin iyununda artıq 124-ə çatıb.

Eyni zamanda, ekspertin fikrincə, “yeni markaların böyük əksəriyyəti Çinindir”.

Lakin brendlərin sayının artması satışların artması demək deyil.

Orta hesabla, Rusiyada bir avtomobil markası ildə təxminən 12,900 avtomobil satır - bu, bir markanın təxminən 355,500 avtomobil satdığı ABŞ-dan 28 dəfə azdır.

Eyni zamanda, Rusiyada brendlərin sayı Amerika göstəricisindən demək olar ki, üç dəfə çoxdur (45-ə qarşı 124) və ölkədə 4000 avtomobil satıcısı var, ABŞ-da isə 16.700.

Rusiyada bir diler baxımından ildə cəmi 400, ABŞ-da isə 960 satış olur ki, bu da 2,4 dəfə çoxdur.

...Autonews vurğulayır ki, bu cür rəqəmlər Rusiya diler biznesinin əhəmiyyətli hissəsini gəlirsiz edir.

“Avtostat” analitik mərkəzinin rəis müavini Dmitri Ereginin sözlərinə görə, 2025-ci ilin ilk altı ayında Rusiyada 530,4 min yeni minik avtomobili satılıb.Kommersiya nəqliyyatı (yük maşınları və avtobuslar) nəzərə alınmaqla, bazarın ümumi həcmi 601,8 min ədəd təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz az, minik avtomobilləri seqmentində isə azalma 26 faiz təşkil edib. Tələbin azalmasının əsas amilləri arasında “Avtostat”ın analitikləri avtomobillərin yüksək qiymətlərini, Mərkəzi Bankın avtomobil kreditləri sahəsində siyasətini sərtləşdirməsini, kreditlər və depozitlər üzrə yüksək faiz dərəcələrini qeyd edirlər.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyul 2025 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see293

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see275

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see268

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see252

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see250

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see219

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see211

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see205

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see204

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see196

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see186

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see186

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see185

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see183

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see180

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see178

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see175

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see167

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see163

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri