Rusiyadakı seçkilər Ukrayna ilə müharibəyə təsir edə bilər? Açıqlama
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyada Dövlət Dumasına seçkilər Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda keçirilib və bu, 2022-ci ildən sonra ilk parlament seçkisidir.
Bəs bu seçkinin nəticələri Moskvanın daxili siyasəti ilə yanaşı, Ukrayna müharibəsi və Rusiyanın xarici siyasət kursunda hansı dəyişikliklərə səbəb ola bilər?
Politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyada keçirilən seçkilər əslində formal xarakter daşıyır və Rusiya parlamentinin dövlət idarəçiliyində xüsusi rolunun olduğunu düşünmürəm.
Onun sözlərinə görə, nəzərə alsaq ki, Rusiyada bütün hakimiyyət ölkə prezidenti Putinin əlində cəmləşib və bütün qərarları o verir, parlament sadəcə olaraq prezidentin imzaladığı fərmanların sanki təsdiq olunduğu yerə çevrilib:
“O baxımdan, Rusiya prezident üsul-idarəsi ilə idarə olunan ölkədir və parlament seçkilərində hansısa dəyişikliklərin olacağı gözlənilmir. Ənənəvi olaraq parlamentdə “Vahid Rusiya”, Kommunist Partiyası, Liberal Demokratlar və “Ədalətli Rusiya” kimi partiyalar təmsil olunacaqlar və onlar hamısı da ölkə prezidentinin, necə deyərlər, siyasətinin dəstəkçiləri rolunu oynayırlar.
Bu baxımdan, müharibə dövründə keçirilən seçkilər bundan sonrakı proseslərə təsir etməyəcək və Rusiyanın siyasətində hansısa dəyişikliklərə gətirib çıxarmayacaq”, – deyə politoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bəs bu seçkinin nəticələri Moskvanın daxili siyasəti ilə yanaşı, Ukrayna müharibəsi və Rusiyanın xarici siyasət kursunda hansı dəyişikliklərə səbəb ola bilər?
Politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyada keçirilən seçkilər əslində formal xarakter daşıyır və Rusiya parlamentinin dövlət idarəçiliyində xüsusi rolunun olduğunu düşünmürəm.
Onun sözlərinə görə, nəzərə alsaq ki, Rusiyada bütün hakimiyyət ölkə prezidenti Putinin əlində cəmləşib və bütün qərarları o verir, parlament sadəcə olaraq prezidentin imzaladığı fərmanların sanki təsdiq olunduğu yerə çevrilib:
“O baxımdan, Rusiya prezident üsul-idarəsi ilə idarə olunan ölkədir və parlament seçkilərində hansısa dəyişikliklərin olacağı gözlənilmir. Ənənəvi olaraq parlamentdə “Vahid Rusiya”, Kommunist Partiyası, Liberal Demokratlar və “Ədalətli Rusiya” kimi partiyalar təmsil olunacaqlar və onlar hamısı da ölkə prezidentinin, necə deyərlər, siyasətinin dəstəkçiləri rolunu oynayırlar.
Bu baxımdan, müharibə dövründə keçirilən seçkilər bundan sonrakı proseslərə təsir etməyəcək və Rusiyanın siyasətində hansısa dəyişikliklərə gətirib çıxarmayacaq”, – deyə politoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Baxış sayı:90
Bu xəbər 21 Sentyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















