Rusiyadakı siyasi dairələr Bakıda “Rus evi”nin yenidən fəaliyyətə başlamasını istəyir
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın ekspertizası müəyyənləşdirib ki, fevralın 20-də Azərbaycanın media resurslarına kiberhücumu Rusiya ilə əlaqəli olan qruplar təşkil edib. Komissiyanın sədri Ramid Namazovun sözlərinə görə, Azərbaycana qarşı kiberəməliyyatları həyata keçirən mütəşəkkil dəstə olub. Başqa ölkələrə qarşı kiberəməliyyatları həyata keçirən mütəşəkkil dəstənin Kremlin nəzarətindən kənar fəaliyyət göstərməsi mümkün deyil".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Milli Məclisin ekspert rəyi Rusiyanın Azərbaycana olan münasibətinin təzahürüdür:
"Görüşlər, səfərlər, fikir mübadilələri zaman səslənən xoş sözlər aysberqin görünən tərəfidir. Bir dövlət adətən düşmən saydığı və ya hədəf seçdiyi dövlətə qarşı kiberhücumlar həyata keçirir. Milli Məclis Rusiyadan idarə olunan kiberhücumun motivini də səsləndirib. Kiberhücum Bakıda “Rus evi”nin və “Sputnik Azərbaycan” agentliyinin bağlanmasına cavab olaraq həyata keçirilib. Hazırda Rusiyadakı siyasi dairələr Bakıda “Rus evi”nin yenidən fəaliyyətə başlamasını istəyir və bu yöndə açıqlamalar verirlər. Bu açıqlamalar ölkəmizə qarşı şantajın “mədəni” formasıdır, bununla demək istəyirlər ki, Bakıda “Rus evi”nin fəaliyyəti bərpa olunmasa Rusiya ərazisindən Azərbaycana qarşı növbəti kiberhücumlar həyata keçiriləcək".
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 02 May 2025 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















