Icma.az
close
up
RU
Rusiyadakı vətəndaşlarımıza qarşı müəyyən tədbirlər həyata keçirilə bilər Politoloq

Rusiyadakı vətəndaşlarımıza qarşı müəyyən tədbirlər həyata keçirilə bilər Politoloq

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaşinqtonda əldə olunan sülh razılaşmaları Cənubi Qafqazda yeni ümidlər yaratsa da, regionda geosiyasi gərginliklər hələ də davam edir. Görünür ki, Rusiya Vaşinqtonda imzalanan sülh razılaşmalarını qəbul etmir.

Qeyd edək ki, həm dünya, həm bölgə ölkələri Azərbaycan-Ermənistan arasında sülhün paraflanmasını, məlum bəyannaməni dəstəklədiklırini açıqladılar, təbrik etdilər. Rusiya rəhbərliyindən isə hələ də Azərbaycan və Ermənistana təbrik gəlməyib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Aqşin Kərimov bildirdi ki, Rusiya Azərbaycan və Ermənistan arasında Vaşinqtonda Donald Trampın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaları və ondan irəli gələn öhdəlikləri sabotaj etmək üçün müxtəlif vasitələrə əl ata bilər:

"Rusiyanın mövcud informasiya və analitik məkanının təhlili, göstərir ki, Kreml bu istiqamətdə artıq müəyyən təlimatlar verib. Kremldən gələn açıqlamalar və bunun mediada əks-sədası belə düşünməyə əsas verir ki, Rusiya hazırkı sülh planından razı deyil. Ehtimal olunur ki, Moskva Vaşinqton razılaşmalarını üstələyəcək alternativ təkliflər paketi hazırlamağa çalışacaq, lakin bunu necə həyata keçirə biləcəyi sual altındadır. Çünki Rusiyanın "sülh" planının özü şübhəlidir. Ona görə də Rusiya Azərbaycana qarşı təzyiq vasitələrini işə sala, Rusiyadakı vətəndaşlarımıza və soydaşlarımıza qarşı müəyyən tədbirlər həyata keçirə bilər. Digər tərəfdən, yaxın günlərdə - 15 avqustda Alyaskada Donald Tramp və Vladimir Putin arasında görüş planlaşdırılır. Bu görüşün nəticələri Cənubi Qafqaz, postsovet məkanı və Yaxın Şərq üzrə mümkün bölgülərə təsir göstərə, həmçinin Rusiyanın Azərbaycan-Ermənistan məsələsinə münasibətini formalaşdıra bilər. Əgər Tramp-Putin razılaşması baş tutmasa, Rusiya Cənubi Qafqazda daha aqressiv siyasət yürüdə bilər".

Onun sözlərinə görə, Rusiyanın əsas diqqət yönləndirəcəyi ölkə Ermənistan olacaq:

"Bu yolla Rusiya Ermənistanı təsir dairəsində saxlamağa və onu Azərbaycana qarşı təxribatlara hazırlamağa cəhd edə bilər. Lakin Ukraynadakı müharibə kampaniyası səbəbindən Rusiyanın geosiyasi gücü əvvəlki səviyyədə deyil və mövqelərində geriləmə müşahidə olunur. Məhz bu səbəbdən Rusiyanın hansı alternativ addımlar ata biləcəyi diqqət mərkəzində olmalıdır".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Avqust 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see188

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see182

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see178

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see145

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see130

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see129

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri