Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Rusiyadan Bakıya inanılmaz böhtanlar: Zatulin yenə “öndədir”

Rusiyadan Bakıya inanılmaz böhtanlar: Zatulin yenə “öndədir”

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Federasiyası Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin MDB Ölkələri İnstitutunun İrəvanda “Lazarev klubu” ilə birgə təşkil etdiyi dəyirmi masada Azərbaycanın əleyhinə tarixi saxtalaşdıran, heç bir sərhəd tanımadan yalan və böhtanlar üzərində qurulan çıxış edib.

Zatulin hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı ağzına gələni danışıb və “ermənidən daha artıq erməniliklə” ermənistana yalaqlanmağa davam edib.

“Yalaqlanmaq” ifadəsini təsadüfən seçmədik: çünki cəmi 3 il öncə Zatulinin Ermənistana girişi qadağan olunmuşdu və bu şəxs qara siyahıya salınmışdı. Ermənilərə hər zaman xidmət etdiyini uca səslə bağıran Zatulin bu qadağanın səbəbini anlamasa da, İrəvana, xüsusilə “Lazarev klubu”nun təşkil etdiyi tədbirə gələ bilməməsindən dərin məyusluq keçirmişdi – hər necə olsa, siyasi görəvlə birgə, erməni diasporunun ona buraxdığı “mayanı” doğrultmağa çalışırdı. Əslində bu maliyyənin kəsiləcəyindən narahat idi.

İndi isə Zatulinin önündə “geniş perspektiv” açılıb: həm erməni diasporu kisənin ağzını açıb, həm də AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra yaşananlar fonunda Azərbaycana qarşı nələrə qadir olduğunu göstərmək fürsəti qazanıb.

Amma Konstantin Zatulin elə saxta, yalan və böhtanlar yağdırıb ki, həddi keçdiyindən, öz-özünü dolaşdırıb.

O, “Qarabağ rəhbərliyi”nin mühakimə olunmasını həm “şəxsi revanş”, həm də “repressiya” adlandırıb.

Birincisi, repressiya – dövlət aparatının vətəndaşa qarşı ayrı-seçkilik, məhkəmədənkənar zorakılığı, insan hüquqlarının məhdudlaşması, siyasi fəalların, dissidentlərin və ya ümumi əhalinin məhkəmədənkənar cəzalandırılması kimi məzmunları əhatə edir. Zatulin “repressiya” ifadəsi ilə bu mühakimənin dövlətdaxili iş olduğunu qəbul edirsə, onları niyə “dqr” rəhbərləri kimi təqdim edir?

İkincisi, repressiya – məhkəmədənkənar prosesdir: Hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin isə açıq məhkəmə iclasları keçirilir, onlara xarici ölkədən milyonlarla dollar hesabına vəkil tutulmasına da şərait yaradılıb, saxlanma şəraitlərindən bir dəfə də olsun narazılıq etməyiblər, bütün hüquqları təmin edilir və Qırmızı Xaç vaxtaşırı olaraq onları yoluxur.

Repressiya – heç bir telefon zənginə icazə verilmədən, yoxa çıxarılan, türmədə qətlə yetirilən Aleksey Navalnı olayıdır; Moskvada qətlə yetirilən Boris Nemtsovdur, Londonda öldürülən Litvinenkodur, zəhərlənən Skripaldır və s.

Yeri gəlmişkən, Boris Nemtsovun qətlinin sabah ildönümüdür – yəqin Zatulin təhtəlşüuri olaraq bu məqamdan təsirlənib!

Zatulin erməni yalına o qədər aludə olub ki, ittiham olunan şəxslər haqda deyib: “Sözügedən şəxslərin hamısı Minsk Qrupu çərçivəsində ümumi dinc tənzimlənmə prosesində uzun illər ərzində Azərbaycan rəhbərliyinin danışıqlarda tərəfdaşı olub”.

İnsan nə qədər həyasız olmalıdır ki, bu ifadəni işıətsin: Minsk Qrupu çərçivəsində danışıqlarda Azərbaycan rəhbərliyi Bako Saakyan, Araik Arutyunyan, Ruben vardanyanlamı “danışıqlar” aparıb? Azərbaycan rəhbərliyi yalnız və yalnız münaqişənin tərəfi kimi Ermənistan rəhbərliyi ilə görüş keçirməyibmi? Bu məlum və hər kəsə bəlli həqiqəti həyasızcasına, insanların gözünə baxa-baxa təhrif edib uydurmaq üçün erməni yalından, deyəsən, çox yallanıb Zatulin və ağ edib!

Zatulin daha sonra “erməni tarixçisinə” çevrilir, uydurulan “erməni tarixindən” bəhs edir və erməniləri Qafqazın ən qədim xalqı adlandırır! “Azərbaycanlılar ermənilərlə birlikdə yaşayıblar, ancaq ermənilərdən qabaq deyil” deyir; Alban abidələrinin bərpasından narahat olur, guya bunlar erməni abidələri imiş.

Yəqin Zatulin öz tarixçilərini və Türkmənçay müqaviləsini “oxumayıb”; ermənilərin bura necə köçürülüb gətirilməsindən, 1834-cü ildə çar fərmanı ilə Alban abidələrinin haylara necə ərmağan edilməsindən “xəbərsizdir”.

Əlbəttə, Zatulinin – son 2-3 ildə Ermənistana qarşı belə çıxışları ilə “seçilən” bu dəyişkən, sürüşkən və yalnız pula işləyən “zat”ın sözlərinə əhəmiyyət verməmək olardı. Lakin onun hərbi cinayətlərdə ittiham olunanlar və Bakıda məhkəməsi keçirilənlər haqqında çıxışa başlayarkən “Biz Rusiyada - mən Rusiya Dövlət Dumasının deputatıyam - buna necə yanaşmalıyıq? Təbii ki, repressiya kimi” sözləri ciddi siqnaldır.

Zatulin kimin adından danışır?

O, yalnız öz adından deyil – Dövlət Dumasının deputatı olduğunu vurğulamaqla, müəyyən statuslu şəxs kimi, eyni zamanda Rusiya deputatları və az qala Duma adından danışır.

Ona bu səlahiyyəti Dövlət Duması verməyibsə, mütləq Vyaçeslav Volodin açıqlama verməlidir.

Hansısa bir azərbaycanlı jurnalistin iddialarından “narahat olan” Rusiya öz deputatı, Dumada komitə sədrinin birinci müavini, bu səlahiyyətlərdə də qalmayıb, Duma adından danışmağa cəsarət edən Zatulinin sözlərinə necə yanaşır?

Bu, dövlət siyasətidir, yoxsa Zatulinin erməni yalının təsirindən çıldırmağı?

Bu suala Dövlət Duması rəsmi açıqlama gətirməlidir!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Fevral 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri