Icma.az
close
up
RU
“Biz artıq Bakıya lazım deyilik...” Zatulin yenə Qarabağ dərdindən danışdı

“Biz artıq Bakıya lazım deyilik...” Zatulin yenə Qarabağ dərdindən danışdı

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistanı itiririk, əvəzində Azərbaycanı da qazanmırıq”

Biz Qarabağ münaqişəsi həll olunana qədər lazım olduğumuz kimi, artıq Bakıya lazım deyilik.

"Hurriyyet.Az" “AzPolitika”-ya istinadla xəbər verir ki, bunu “Moskovski Komsomolets” nəşrinə müsahibəsində Dövlət Dumasının MDB işləri komitəsi sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin deyib.

Zatulin hesab edir ki, Azərbaycana Rusiyadan daha vacib olan ölkələr var və Bakının kursu həmin istiqamətədir: "İndi Yekaterinburq hadisələrinə görə münasibətlərimizdə növbəti kəskinləşmə baş verib. Amma bu, sadəcə, bəhanədir, bəhanə hər şey ola bilər. Azərbaycanın bu kursunun subyektiv və obyektiv səbəbləri var. Obyektiv olan odur ki, bu gün Bakının Rusiya Federasiyası ilə xüsusi münasibətlərə ehtiyacı yoxdur. Amma İsraillə, Türkiyə ilə, Böyük Britaniya ilə xüsusi münasibətlərə ehtiyacı var. Bəli, Rusiya Federasiyası ilə ticarət-iqtisadi əlaqələrdən faydalanmaq yaxşı olardı. Amma indiki mərhələdə bu, Azərbaycanın digər məqsədləri ilə müqayisədə artıq ikinci dərəcəlidir. Ona görə də indi biz anlamağa çalışmalıyıq ki, niyə Azərbaycan Rusiya Federasiyası ilə razılaşmır, Əliyev niyə Zelenskini qucaqlayır, niyə hər yerdə Ukraynaya dəstəyindən danışır?

Burada biz bunu fərq etməməyə çalışırıq. Ancaq biz indi sizinlə danışarkən Paşinyanın Ermənistanı ilə Əliyevin Azərbaycanının sülh müqaviləsini necə imzalayacağına dair yekun məsləhətləşmələr gedir və mütləq Qərb platformasında”.

Rusiyanın bu prosesdən kənarda qalmasından məyusluğunu gizlədə bilməyən Zatulin hesab edir ki, bugünkü durumun yaranmasında İlham Əliyevin şəxsiyyətindəki subyektiv səbəblər və Azərbaycanın Qarabağdakı qələbəsi mühüm rol oynayır: “Bəziləri elə bilirdi ki, Qarabağ heç kimə lazım olmayan bir şeydir. Çox adam burada(Rusiyada) deyirdi ki, bu bizim məsələ deyil. Bu, ermənilərin məsələsidir. Ancaq bu kiçik kərpic Zaqafqaziyanın bütün binasından çıxarıldı və hər şey dağıldı. Biz Paşinyan dövründə Ermənistanı itiririk, amma əvəzində Azərbaycanı da qazanmırıq. Hamısı ona görədir ki, onlar piramidanın altından kiçik bir kərpic çıxarıblar…”.

Göründüyü kimi, hələ də Qarbağın qaytarılmasını həzm edə bilməyən Zatulin bunu qarşısını ala bilmədiyi üçün dolayısı ilə Kremli günahlandırır. Lakin olmayan ağlı ilə hələ də dərk edə bilmir ki, Moskvanın bunun qarşısını almaq imkanları olduqca məhdud idi və bu qarşısı alınmaz tarixi hadisə - Azərbaycanın qələbəsi gec, ya da tez baş verməli idi.

C.Məmmədli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 İyul 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri