Rusiyadan çərkəzlərə qarşı təqiblərə son qoymaq tələb edildi
Icma.az bildirir, Bakupost portalına istinadən.
2025-ci il dekabrın 17-də Vilnüsdə - Litva Seymində “Tarix və müasir siyasət kontekstində çərkəz soyqırımı” adlı beynəlxalq konfrans keçirilib.
Bakupost.az xəbər verir ki, Birləşmiş Çərkəz Şurasının təşkilatçılığı ilə baş tutan konfransda qeyd olunub ki, 1763-1864-cü illərdə Çar Rusiyası çərkəzlərə qarşı etnik təmizləmə siyasəti aparıb, yüzminlə çərkəz öldürülüb, onların yaşayış yerləri dağıdılıb, çərkəzlər sürgün edilib. Sürgündəki iztirablar, xəstəliklər, iqlim şəraiti çərkəz xalqının növbəti milli faciəsinə çevrilib.
Toplantıda çərkəzlərə qarşı soyqırımın etirafının vacibliyi tarixi ədalət prizmasından dəyərləndirilib.
Beynəlxalq konfransda Azərbaycanı “İpək Yolu Mədəni və Tarixi Araşdırmalar” İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürk videobağlantı vasitələ çıxış edib. O, deyib ki, Qafqazda yaşayan xalqların soyqırım və köçkünlük faciələri bir-birinə bənzəyir, onların hamısı Rusiyanın əli ilə və yaratdığı şəraitin nəticəsində törədilib: “Bu gün rus şovinizminin qanlı siyasəti nəticəsində krım tatarları, çərkəzlər, kalmıklar, noqaylar, tatarlar öz doğma yurdlarında zindanlara salınır, bəzən izsiz-soraqsız itkin düşürlər. Çərkəz xalqına ədalətin zəfər çalacağı günlərin nəsib olmasını arzulayıram!”.
Konfransda çıxış edən alimlər, vətəndaş cəmiyyəti təmsilçiləri Rusiya Federasiyasında yaşayan çərkəzlərin dil, mədəniyyət və kimlik baxımından ciddi təzyiq altında olduğunu, çərkəz dilində təhsilin sistematik şəkildə azaldıldığını, geri qayıtmaq hüququna maneə törədildiyini və çərkəzlərin siyasi səbəblərdən təzyiqə məruz qaldığını vurğulayıblar.
Konfransın sonunda çərkəz xalqını təmsil edən nümayəndələr Litva Seyminə çərkəz soyqırımının tanınması üçün rəsmi sənədi təqdim ediblər.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 20 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















