Icma.az
close
up
RU
RUSIYADAN NƏ QƏDƏR AZƏRBAYCANLI QAYIDA BİLƏR? “Bu miqrantların Rusiyanı tərk edəcəyi dəqiqdir”

RUSIYADAN NƏ QƏDƏR AZƏRBAYCANLI QAYIDA BİLƏR? “Bu miqrantların Rusiyanı tərk edəcəyi dəqiqdir”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Deputat: “Qanuni əsaslarla yaşayanların bəzilərinin də Azərbaycana qayıtması mümkündür”

Rusiyada təxminən 2 milyona yaxın azərbaycanlı yaşayır. Onların çoxu ölkədə dolanışıq imkanına malik olmadıqları üçün müvəqqəti olaraq ora gedənlərdir. Rusiyada miqrantlarla bağlı qanunların sərtləşməsi və Yekaterinburqda baş verənlər azərbaycanlıların mümkün qayıdışını yenidən gündəmə gətirib.

Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev baş verən hadisəyə münasibət bildirərkən deyib ki, işgəncə verməklə insanların vəhşicəsinə qətlə yetirilməsi hansısa dairələr tərəfindən sanksiyalaşdırılıb: “Məqsəd azərbaycanlılar arasında qorxu yaratmaq, Azərbaycanı aşağılamaqla dövlətlərarası münasibətlərə ziyan vurmaqdır. Rusiyada Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən və Rusiya Prezidentinin Ermənistan tərəfdən 44 günlük savaşa qatılmamasından narazı qalan qüvvələr var. Həmin dairələr bu ağır qətli sifariş etməklə həm də Azərbaycana ismarış göndərmək istəyirlər ki, azərbaycanlıları Rusiyadan qovub, Azərbaycanda müəyyən sosial gərginlik yarada bilərik. Konstitusiyamızın 31-ci maddəsinin 4-cü hissəsində düzünə göstəriş var ki, Azərbaycan Respublikasının vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var. Heç bir əsasla bu hüquqdan istifadə məhdudlaşdırıla bilməz. Quru yolla vətəndaşlarımızın vətənlərinə qayıtmalarına icazə verməməyimizdən istifadə edən Rusiya onları mənən sındırıb müharibəyə göndərir. Mən iqtidarı növbəti dəfə vətəndaşlarımızın ölkəyə girişini məhdudlaşdırmamağa çağırıram”, - deyə deputat bildirib.

Sabir Rüstəmxanlı

Xalq yazıçısı Sabir Rüstəmxanlı da baş verən son hadisəni kəskin pisləyib: “Rusiya 100 illər boyu türkləri sevməyib. Türk düşmənçiliyi Rusiyanın psixologiyasındadır. Xalqımız yaşananlardan bir nəticə çıxarmalıdır. Rusiya öz qardaşı Ukrayna ilə savaşan dövlətdir. Onun torpaqlarını işğal etmək istəyir. Bizim Rusiyadakı gəncləri zorla müharibəyə aparmaq istəyirlər. Mən səsləyirəm ki, onlar vətənə qayıtsınlar. Ölümlə, vəhşiliklə qarşılaşmaq riski var”.

Azər Allahverənov

Milli Məclisin deputatı Azər Allahverənov hesab edir ki, Rusiyada antimiqrant əhval-ruhiyyəsi üzərində köklənmiş ideoloji xətt sonrakı mərhələdə miqrantlara qarşı davranışda özünü göstərir. “Yeni Müsavat”a şərhində deputat xatırladıb ki, “Krokus Siti”də baş vermiş terror hadisəsindən sonra bəzi şəhər və vilayətlərdə qanunsuz miqrantlara qarşı həyata keçirilən tədbirlər kəskin formada icra olunur: “2024-cü ilin aprel ayında Kazan şəhərində qırğız miqrantlara qarşı aparılan tədbirlər nəticəsində polis bölməsində vəfat edən qırğızla sərt davranılmışdı. Bu da ondan xəbər verir ki dövlətin miqrantlarla bağlı yanaşması kifayət qədər kəskindir. Bu kəskinlik zaman-zaman bu və ya digər hadisələrdə büruzə verir. Miqrantların ölkə ərazisində qalması, əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı bir çox narahatedici məqamlar büruzə verməkdədir. Yekaterinburqda baş vermiş hadisə də bu qəbildəndir. Azərbaycanlı miqrantlarla bağlı mənfi mühitin formalaşdığını görürük.

Digər şəhərlərdə də azərbaycanlı miqrantların çalışdığı ticarət obyektlərinə basqınlar edilir, miqrantlara güc tətbiq edilir. Rəsmi Moskva prosesi hüquqi müstəviyə keçirməyə çalışsa da, zamanında münasibətlərin gərginləşməsinə hesablanmış ideoloji müdaxilə, xüsusilə anti-miqrant əhval-ruhiyyəsi üzərində köklənmiş ideoloji xətt sonrakı mərhələdə miqrantlara qarşı davranışda özünü göstərir. Bəzi ölkələrdə miqrantlara münasibət özünü daha sərt formada büruzə verir. Miqrantların sonrakı mərhələdə öz ölkələrinə qayıtması da müşahidə olunur. Təxmin etmək olar ki, azərbaycanlı miqrantlara qarşı kampaniya dərinləşsə, bu, Rusiyada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlıların bu ölkədə uzun müddət qalma qərarlarına təsir edə bilər. Ola bilər ki, soydaşlarımız Azərbaycana qayıtmaq barədə dərhal qərar qəbul etmədilər, amma baş verənlər müəyyən tərəddüdlərin formalaşması üçün əsas yaradır. Ümid edirik ki, kampaniya uzun müddət davam etməyəcək və kütləvi axına səbəb ola biləcək hal yaşanmayacaq".

A.Allahverənov vurğuladı ki, 2025-ci ilin yanvar ayında Rusiya rəsmi orqanlarının yaydığı məlumata əsasən, bu ölkədə yaşayan azərbaycanlıların sayı 300 minə yaxındır: “Onlar miqrasiya uçotunda olan şəxslərdir. Təqribən 100 min miqrant isə Rusiyada qanunsuz əsaslarla yaşayır. Bundan əlavə, 2 milyondan çox azərbaycanlı isə Rusiya Federasiyası vətəndaşıdır, başqa sözlə ifadə etsək, cəmiyyətə tam inteqrasiya olmuş şəxslərdir. Bu da o deməkdir ki, onların bütün fəaliyyəti bilavasitə Rusiya ilə bağlıdır. Hadisələrin gedişatını zaman göstərəcək, əgər miqrantlara qarşı kampaniya dərinləşsə, müəyyən qədər axın olacaq, amma bunun kütləvi şəkil alması gözlənilən deyil. İndiki vəziyyətdə 100 minə qədər qanunsuz miqrantın ölkə ərazisini tərk edəcəyi dəqiqdir. Qanuni əsaslarla yaşayanların bir qisminin də Azərbaycana qayıtması mümkündür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 İyul 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri