UKRAYNA VƏ RUSİYA RAZILIĞA GƏLƏ BİLƏR “Türkiyəyə minnətdarıq”
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Biz atəşkəsə hazırıq. Qara dənizdə gərginliyin azaldılmasında, eləcə də danışıqlar prosesində fəal və mühüm rol oynayan Türkiyə, Hindistan və Misirə minnətdarıq. Rusiyanın cavabını gözləyirik".
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna XİN başçısı Andrey Sibiqa 5-ci Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında deyib. Ukraynanın Xarici İşlər naziri ölkəsinin beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə Rusiyaya Qara dənizdə qlobal bazarlara ərzaq tədarükünü təmin etmək üçün atəşkəs təklif etdiyini bildirib.
Nazirin sözlərinə görə, Moskva atəşkəsin bir hissəsi olaraq Kiyevin Rusiyanın neft sektoruna hücumları dayandırmasını təklif edib. Sibiqa bildirib ki, Kiyev belə bir ssenarini daha böyük enerji atəşkəs sazişinin bir hissəsi kimi nəzərdən keçirməyə hazırdır.
Onun qeyd etdiyi danışıqlar Rusiya və Ukraynanın ticarət və yanacaq infrastrukturuna qarşılıqlı hücumları fonunda keçirilir. Ukrayna hakimiyyətinin məlumatına görə, nazirin çıxışından bir gün əvvəl, 26 noyabrda Rusiya dronları Odessa yaxınlığında Qara dənizdə taxıl daşıyan iki xarici yük gəmisinə hücum edib.
Ticarət donanmalarına və liman terminallarına müntəzəm hücumlar səbəbindən son aylarda Qara dənizin şimal-qərbində gəmiçilik demək olar ki, iflic vəziyyətindədir. Əsas gəmi sahibləri gəmilərin məhv olma təhlükəsi və sığorta xərclərinin artması səbəbindən riskli zonaya səfərləri kütləvi şəkildə ləğv edirlər.
Öz növbəsində, Ukrayna Silahlı Qüvvələri oktyabr ayının sonundan etibarən Rusiyanın yanacaq-enerji sektoruna kütləvi hücumları bərpa edib: noyabrın ortalarına qədər 35 əsas neft emalı zavodundan 15-i vurulub və bu da Rusiyada neft emalını 45% azaldıb. Ukraynalı analitiklərin fikrincə, sentyabr ayından bəri Rusiya qüvvələri Ukrayna elektrik stansiyalarına və yarımstansiyalarına mindən çox zərbə endirib və bu, regionlarda genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub, nəticədə Kiyev elektrik enerjisi ixracını dayandırmağa məcbur olub.
Ukrayna Xarici İşlər nazirinin sözlərinə görə, noyabrın əvvəlində Kiyev artıq Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda Qara dənizdə və enerji sektorunda atəşkəs təkliflərini təqdim etmişdi. Nazirin qeyd etdiyi kimi, Ukraynanın mesajı gərginliyin azaldılması, atəşkəs, təhlükəsizlik zəmanətləri və Volodimir Zelenski ilə Vladimir Putin arasında görüşdür ki, bu da "müharibənin sonunu həqiqətən sürətləndirə bilər".
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 28 Noyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















