Icma.az
close
up
RU
“Rusiyadan sülhə doğru real addımlar gözləyirik” Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı

“Rusiyadan sülhə doğru real addımlar gözləyirik” Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Bu gün Vaşinqtonda ABŞ Dövlət Departamentinin ənənəvi media brifinqi keçirilib. Tədbirdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommy Pigott yerli və xarici jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

AZXEBER.COM xəbər verir ki, brifinqdə iştirak edən jurnalist və hüquq müdafiəçisi Əhməd Şahidov Rusiya-Ukrayna müharibəsi ilə bağlı sual ünvanlayıb. O, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə verdiyi 50 günlük atəşkəs möhlətini 10 günə endirməsini xatırladaraq bildirib ki, Rusiya demək olar ki, hər gün yeni şəhər və qəsəbələri işğal edir və bu, Moskvanın sülh niyyətinə dair ciddi suallar doğurur.

Əhməd Şahidovun sualı belə olub: "ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə atəşkəs razılaşması üçün nəzərdə tutulmuş 50 günlük müddəti 10 günə endirib və əgər nəticə olmasa, sərt sanksiyalar tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Lakin eyni zamanda görürük ki, Rusiya demək olar ki, hər gün yeni şəhər və qəsəbələri zəbt etməkdə davam edir. Bu isə Rusiyanın real niyyətinə dair şübhələr yaradır. Sizcə, bu addım real sülh danışıqlarına səbəb ola bilərmi, yoxsa bu, sadəcə siyasi təzyiq vasitəsidir? Və əgər Rusiya atəşkəs çağırışlarını görməzlikdən gəlib hücumlarını davam etdirsə, nəticələri nə olacaq?”

ABŞ Dövlət Departamentinin baş sözçü müavini Tommy Pigott suala cavabında bildirib ki, ABŞ prezidentin verəcəyi konkret qərarlar barədə əvvəlcədən fikir bildirmək istəməzdi, lakin Trampın və Dövlət katibi Marko Rubionun bu məsələ ilə bağlı mövqeləri kifayət qədər aydındır: "Biz Rusiya rəhbərliyinin sözlərlə deyil, əməllərlə hərəkət etdiyini görmək istəyirik. Prezident bu barədə danışıb və o, möhlətin irəli çəkilməsi qərarını da bu kontekstdə açıqlayıb,” – deyə Pigott bildirib.

ABŞ Dövlət Departamentinin rəsmisi əlavə edib ki, ABŞ-ın əsas məqsədi bu qanlı münaqişəyə son qoymaq və uzunmüddətli sülhə nail olmaqdır: "Biz istəyirik ki, tərəflər danışıqlar masasına əyləşsin, atəşkəsə dair ciddi müzakirələr başlasın və bu proses davamlı və qalıcı sülhə gətirib çıxarsın. Bizim əsas prinsipimiz qan tökülməsinin qarşısını almaqdır və bütün səylərimiz buna yönəlib. Bu, bizim siyasətimizdir və dəyişməz qalır.”


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Avqust 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri