Icma.az
close
up
RU
Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı həyəcanlı MESAJ

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı həyəcanlı MESAJ

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasını nəzərdə tutan və “Tramp marşrutu” adlandırılan layihənin bir sıra siyasi və geosiyasi amillərlə üzləşdiyini bildirib.

Modern.az xəbər verir ki, o, mediaya açıqlamasında prosesdə Rusiyanın iştirakının layihənin daha dayanıqlı və real icrasına töhfə verə biləcəyini deyib.

Diplomat qeyd edib ki, Ermənistan və Azərbaycan arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpası məsələləri 2022–2023-cü illərdə Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli işçi qrupunun vitse-prezidentlər səviyyəsində keçirilən görüşlərində müzakirə olunub və həmin dövrdə dəmir yolu əlaqələrinin bərpası ilə bağlı razılaşmalar əldə edilib.

Qaluzin bildirib ki, “bu dialoq və üçtərəfli işçi qrup çərçivəsində aparılan müzakirələr bizim günahımız olmadan dayandırılıb”.

Onun sözlərinə görə, hazırda əvvəlki formatda işlərin davam etdirilməsi çətindir:

"Çünki Ermənistanın gələcək dəmir yolunun səhmlərinin 49 faizini ABŞ tərəfinə verməyi planlaşdırdığı iddia olunur. ABŞ və İsrailin İrana qarşı zərbələrindən sonra Tehran sərhədləri yaxınlığında ABŞ-nin mövcudluğunu müsbət qarşılamaya bilər. Eyni zamanda, Çin də Avrasiya ilə Avropa arasında tranzit marşrut üzərində ABŞ nəzarətindən narazı qala bilər.  Rusiyanın iştirakı layihənin həyata keçirilməsini asanlaşdıra bilər. Dəmir yolunun Rusiya standartı olan genişlikdə inşası Azərbaycanla fasiləsiz əlaqə üçün vacib ola bilər. Bundan başqa, xatırlatmaq lazımdır ki, Ermənistan dəmir yollarının Rusiya Dəmir Yollarının törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolu” QSC tərəfindən idarə edilir".

Qaluzin əlavə edib ki, tranzit və sərhəd məsələləri Avrasiya İqtisadi İttifaqının normalarına uyğun tənzimlənməlidir:

"Marşrut Ermənistan-Türkiyə və Ermənistan-İran sərhəd xətlərindən keçdiyi üçün burada Rusiya sərhədçiləri də xidmət aparır və bu mexanizmlərin dəyişdirilməsi ilə bağlı rəsmi İrəvandan heç bir siqnal alınmayıb.

Rusiya XİN rəsmisi 102-ci Rusiya hərbi bazasının Gümrüdəki fəaliyyəti ilə bağlı da İrəvandan onun çıxarılması və ya dəyişdirilməsi barədə hər hansı rəsmi müraciət yoxdur. Baza 2044-cü ilə qədər qüvvədə olan razılaşma çərçivəsində fəaliyyət göstərir və Moskva bunu region təhlükəsizliyinin əsas elementlərindən biri hesab edir. Rusiyanın hərbi mövcudluğunu “işğal vasitəsi” kimi təqdim etməyə çalışan bəzi siyasi qüvvələr və Qərbyönlü QHT-lərin mövqeyi yerli əhali tərəfindən dəstəklənmir. Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü və eyni zamanda Rusiya hərbi bazasının mövcudluğu məsələsi İrəvanın öz qərarıdır, Moskva isə mövcud razılaşmalara uyğun öhdəliklərini yerinə yetirməyə davam edəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyun 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri