Icma.az
close
up
RU
Rusiyadan Zəngəzurla bağlı GÖZLƏNİLMƏZ ADDIM İran da Moskvanın yolunu gedəcək?

Rusiyadan Zəngəzurla bağlı GÖZLƏNİLMƏZ ADDIM İran da Moskvanın yolunu gedəcək?

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Kremlin Ermənistanın Azərbaycanla “Tramp yolu” adlı nəqliyyat dəhlizi yaratmaq planlarını dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, Ermənistan Rusiyanın strateji müttəfiqidir və əgər İrəvan belə bir layihəni özləri üçün faydalı hesab edirsə, Moskva bu təşəbbüsü dəstəkləyəcək.
İndi qalır İran...
Hansı ki, avqustun 8-də Vaşinqtonda baş verən prosesdən sonra məsələ ətrafında İranda ikili fikir hökm sürür. Prezident Məsud Pezeşkian və komandası dəhlizin açılmasına ümumən yumşaq yanaşma sərgiləyiblər. Amma İran Ali dini liderin müşaviri Əli Əkbər Vilayəti başda olmaqla mühafizəkar dairələr hələ də dəhliz məsələsinə qəti şəkildə qarşı çıxmaqda davam edirlər.
Bununla belə, Moskvanın sözügedən mövqeyindən sonra İran artıq səhnədə tək qalır.
Görəsən, tək qalan İran da mövqeyini dəyişəcəkmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Zəngəzur dəhlizi ilə bağlı (Tramp yolu) dəstək açıqlaması əslində Kremlin ziddiyyətli mövqeyini bir daha ortaya qoyur:
“Moskva uzun illər Zəngəzur dəhlizinə ehtiyatla yanaşır, hətta bəzi hallarda bunu Azərbaycan–Türkiyə tandeminin bölgədə möhkəmlənməsi kimi qiymətləndirirdi. Birdən-birə bu təşəbbüsə dəstək verməsi Rusiyanın regionda təsir imkanlarını itirdiyinin göstəricisidir”.
Politoloq düşünür ki, Kreml əslində Ermənistan üzərində nəzarəti saxlamaq üçün bu layihəni dəstəkləyir:
“Yəni məsələ prinsipial mövqedən yox, sırf siyasi alver və təsir dairəsini qorumaq cəhdindən qaynaqlanır. Moskva anlayır ki, İrəvan sürətlə Qərbə yönəlir və hər an Rusiyadan tamamilə uzaqlaşa bilər. Bu səbəbdən də Zəngəzur dəhlizini qəbul etməklə Ermənistanı müəyyən qədər yanında saxlamaq istəyir.
Reallıq budur ki, Rusiya artıq regionda əvvəlki kimi əsas oyunçu deyil. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqları Kreml məcburən qəbul edir. Əgər əvvəllər hər layihəni öz icazəsi ilə mümkün sayırdısa, indi proseslərdən geri qalaraq “dəstəkləyirik” deməklə kifayətlənir”.
İran məsələsinə gəldikdə, ekspert bildirir ki, Tehranın bu istiqamətdə mövqeyi də Moskvanın hərəkətlərindən asılıdır:

“Lakin Rusiya öz nüfuzunu itirdikcə İran da anlayır ki, tam sərt mövqe saxlamaq onu regional izolyasiyaya aparar. Odur ki, Moskvanın məcburi dəstəyi İranın da mövqeyində yumşalmaya səbəb ola bilər.

Nəticə etibarilə, Kremlin bu açıqlaması Rusiyanın regionda passivləşdiyini, prosesləri diktə edən yox, sadəcə izləyən mövqeyə sürükləndiyini göstərir. “Tramp yolu” ətrafında dəstək bəyanatı daha çox Moskvanın zəifliyinin etirafıdır, nəinki güc nümayişi. Bu isə Azərbaycanın və Türkiyənin regional çəkisini artırır, Ermənistanı isə seçim qarşısında qoyur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Avqust 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see167

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see159

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri