Icma.az
close
up
RU
Rusiyaİngiltərə arasında tufan güclənir Böyük Britaniyanın Moskvadakı səfiri XİNnə çağırılıb

Rusiyaİngiltərə arasında tufan güclənir Böyük Britaniyanın Moskvadakı səfiri XİNnə çağırılıb

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata diplomatik departamentin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Böyük Britaniya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə diplomat bildirib.

Daha əvvəl Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat vermişdi ki, avqustda Rusiya Federasiyasından qovulmuş Britaniya kəşfiyyatçılarını əvəz edən britaniyalı diplomat Uilks Prior səfirlikdə işdən və akkreditasiyadan məhrumdur edilib, iki həftə ərzində Rusiya Federasiyasını tərk etməsi tapşırılıb.

ABŞ-ın Kiyevə ATACMS və İngiltərənin "Storm Shadow" raketlərinin istifadəsi ilə bağlı yaşıl işıq yandırması ilə gərginlik getdikcə artıb və Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyub.

Bu yaxınlarda 22 yaşlı Britaniya vətəndaşının Ukrayna uğrunda döyüşərkən Rusiya qüvvələrinə əsir düşdüyü barədə məlumat yayılmışdı. Agentliklərdə yayılan son xəbərlərə görə, London-Moskva xəttində tufanı gücləndirə biləcək daha bir hadisə baş verib. Rusiya tərəfindən casusluqda şübhəli bilinən daha bir britaniyalı diplomatın akkreditasiyasını ləğv edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) sözügedən diplomatın “kəşfiyyat fəaliyyəti” ilə məşğul olduğunu iddia edib.

Son aylarda FTX 6 britaniyalı diplomatın akkreditasiyasının casusluqda və ölkənin təhlükəsizliyinə təhlükə törətməkdə şübhəli bilinərək ləğv edildiyini açıqlamışdı.

Sentyabr ayında verdiyi açıqlamada Rusiyanın Federal Təhlükəsizlik Xidməti 6 britaniyalı diplomatın akkreditasiyasının casusluqda və ölkənin təhlükəsizliyinə təhlükə törətməkdə şübhəli bilinərək ləğv edildiyini açıqlamışdı.

FTX-dən verilən açıqlamada, İngiltərənin beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsi prosesini koordinasiya etdiyini göstərən bəzi sənədlərin Rusiya kəşfiyyatı tərəfindən ələ keçirildiyi və bəyanatda aşağıdakı ifadələrin yer aldığı bildirilib:

“Bu sənədlər Britaniya Xarici İşlər Nazirliyi yanında Şərqi Avropa və Mərkəzi Asiya Direktorluğunun Rusiya və keçmiş Sovet İttifaqı ölkələrinə qarşı destruktiv siyasətin həyata keçirilməsini koordinasiya etdiyini göstərir”.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Noyabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri