Icma.az
close
up
RU
Veronika Jilina Azərbaycan pasportunu aldığını açıqlayıb FOTO

Veronika Jilina Azərbaycan pasportunu aldığını açıqlayıb FOTO

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycan pasportunu aldığını açıqlayıb.

İdman.biz xəbər verir ki, 16 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Jilina paylaşımında karyerasının yeni mərhələsinə yeni ölkənin bayrağı altında başlamağa hazır olduğunu yazıb: "Əziz dostlar, narahatlığınız üçün hamınıza təşəkkür edirəm. Çoxunuz məlumatlısınız ki, mən ağır onurğa zədəsi almışdım və uzun müddətli müalicə olunmuşam, həmçinin bərpa prosesi keçmişəm. Bu səbəbdən də, iki mövsümdür (2023/24 və 2024/25) Rusiyada heç bir rəsmi yarışda iştirak etməmişəm və mən Rusiya millisinin üzvü deyiləm.

Ailəmin - anam və atam, bacım və məşqçim Yevgeni Viktoroviç sayəsində bütün sınaqlara tab gətirə bildim. Bilməyinizi istəyirəm ki, Rusiyaya və burada mənə köməklik göstərən hər kəsə çox minnətdaram, inkişafımda və idmançı kimi formalaşmağımda payı olanların töhfəsi və dəstəyini yüksək qiymətləndirirəm. Mən özəl akademiyada məşq etdim, amma həmişə özümü daha böyük fiqurlu konkisürənlər cəmiyyətinin bir hissəsi kimi hiss edirdim.

Artıq bir neçə ildir ki, həyatım Bakı ilə bağlıdır, bura tez-tez uçuram və bu yaxınlarda pasport almışam. Azərbaycan aşiq olduğum və ikinci vətənimi hesab etdiyim ölkədir. Burada çoxlu dostlar, həmkarlar qazandım. İndi təkcə ruhumla deyil, həm də ürəyimdə olan Azərbaycanı gələcəkdə təmsil etməkdən xoşbəxt olacağam. Yığmada çıxış etmək üçün icazəni səbirsizliklə gözləyirəm! Sabah mənim də 17 yaşım tamam olur və bu yeni yolda mənə dəstək olan hər kəsə çox minnətdaram”.

Qeyd edək ki, bir gün əvvəl Rusiya Fiqurlu Konkisürmə Federasiyasının rəhbərliyi Jilinanın vətəndaşlığını dəyişməyə icazə verməyəcəyini və Rusiya yığmasının üzvü olduğunu açıqlayıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 May 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri