Icma.az
close
up
RU
Rusiyalı investorlardan 53 milyard avroluq iddia Avropadan pullarını tələb edirlər

Rusiyalı investorlardan 53 milyard avroluq iddia Avropadan pullarını tələb edirlər

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının sanksiyalarına məruz qalan rusiyalı investorlar Avropa İttifaqı (Aİ) və bir sıra üzv dövlətlərə qarşı ümumilikdə azı 53 milyard avro məbləğində iddia qaldırıblar. 

“AzPolitika” bildirir ki, bu barədə Belçikanın Le Soir qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, hazırda Avropa məhkəmələrində 28 iş üzrə araşdırma aparılır, onların 24-ü ISDS proseduru (investor–dövlət arasında mübahisələrin həlli mexanizmi) çərçivəsindədir. ISDS mexanizmi investorların öz aktivlərinin qanunsuz müsadirə olunduğunu düşündükləri halda dövlətlərə qarşı milli məhkəmələrdən kənar iddia qaldırmasına imkan verir.

Məlumata əsasən, iddiaların real məbləği 53 milyard avrodan xeyli çox ola bilər, çünki proseslər tam şəffaf deyil.

Le Soir qeyd edir ki, artıq açıqlanan tələblər Aİ-də dondurulmuş Rusiya Mərkəzi Bankının 210 milyard avroluq suveren aktivlərinin dörddə birindən də çoxdur.

Misal olaraq, rusiyalı iş adamı Mixail Fridmanın Lüksemburqa qarşı 16 milyard dollar həcmində iddia qaldırması göstərilir. Bu tələb onun aktivlərinin dondurulması ilə bağlıdır.

2025-ci ilin sentyabrında “Euroclear”də aktivləri saxlanılan bir neçə rusiyalı investor Belçikaya qarşı rəsmi mübahisə bildirişi təqdim edib. 18 noyabrda isə “Ekspobank” Aİ məhkəməsində ona qarşı tətbiq edilmiş sektoral sanksiyaların ləğvi tələbi ilə çıxış edib.

Ukrayna müharibəsindən sonra Qərb ölkələrində ümumilikdə təxminən 260 milyard avro Rusiya aktivləri dondurulub. Onların 193 milyard avroya yaxını Belçikada, "Euroclear depozitar sistemi"ndə saxlanılır.

2025-ci ilin sentyabrında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu vəsaitlər hesabına Kiyevə 140 milyard avroluq “reparasiya krediti” verilməsini təklif etmişdi.

Lakin “Euroclear”ın rəhbəri Valeri Urbən bildirib ki, Aİ-nin dondurulmuş Rusiya aktivlərinin məcburi müsadirəsi planı “real deyil” və depozitar bu plana qarşı məhkəməyə müraciət etməyə hazırdır. Urbənin sözlərinə görə, belə qərar Moskvanın cavab tədbirləri fonunda “Euroclear”ı iflas riski ilə üz-üzə qoya bilər.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Dekabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri