Icma.az
close
up
RU
Rusiyalı iş adamlarından Putinə Müharibəni dayandır ÇAĞIRIŞI

Rusiyalı iş adamlarından Putinə Müharibəni dayandır ÇAĞIRIŞI

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) ardıcıl zərbələri və uzanan müharibə fonunda Rusiya iqtisadiyyatı kəskin şəkildə zəifləyir.
Bizim.Media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin yeni artım ideyaları tapmaq məqsədilə müharibə dövründə sayca beşinci olan Peterburq Beynəlxalq İqtisadi Forumunu açmağa hazırlaşır. Lakin real iqtisadi göstəricilər və biznes mühitindəki pessimizm fərqli mənzərəni ortaya qoyur.
"Reuters" agentliyinin məlumatına görə, Rusiyanın 3 trilyon dollar dəyərində olan xammal iqtisadiyyatının artım tempi keçən il təxminən 1%-ə qədər geriləyib (müqayisə üçün: 2024-cü ildə bu göstərici 4,9% idi). 2026-cı ilin birinci rübündə isə iqtisadiyyat daha 0,2% kiçilib. Cari il üçün ümumi artım proqnozu isə cəmi 0,4% təşkil edir. Rusiya rəsmiləri bu tənəzzülü yüksək faiz dərəcələri, sanksiyalar və güclü rublla izah edirlər.
 

Ukrayna PUA-larının Rusiyanın neft emalı zavodlarına (NEZ), gübrə istehsalı müəssisələrinə və limanlarına etdiyi hücumlar ölkənin iqtisadi potensialının əhəmiyyətli hissəsini sıradan çıxarıb və neft emalı güclərinin dörddə birinə birbaşa təsir göstərib.


Putin rəsmilərə artımı bərpa etmək yollarını tapmağı əmr etsə də, iri biznes nümayəndələri yeganə çıxış yolunun Ukraynadakı müharibənin dayandırılması olduğunu bildirirlər.
"Reuters"ə anonimlik şərti ilə danışan yüksək rütbəli bir korporasiya rəhbəri vəziyyəti belə şərh edib:
"ABŞ-ın vasitəçiliyi ilə Ukrayna üzrə sülh danışıqlarından gələn hər bir müsbət xəbərdən sonra Rusiya fond bazarında yaşanan kəskin artım və canlanma, əslində biznesin real cavabının necə olmalı olduğunu aydın göstərir".
Kreml isə keçən ilin fevralında başlayan sülh danışıqlarının dondurulduğunu, ABŞ-ın diqqətini Yaxın Şərqdəki müharibəyə yönəltdiyini bəyan edib. Bununla bərabər, ABŞ-ın Rusiya iqtisadiyyatına yönəldə biləcəyi milyardlarla dollarlıq potensial investisiyalar və sanksiyaların yumşaldılması müzakirələri də dondurulub. Anonim qalan rusiyalı yüksək rütbəli bir bankir qeyd edib ki, Putin keçən il sülh sazişi bağlamaq üçün yaxşı imkanı əldən verib və hazırda iqtisadiyyatda qeyri-sabitlik əlamətləri güclənir.
İyunun 3-dən 6-na qədər keçiriləcək Peterburq Forumunun əsas mövzusu məhz iqtisadi artım olacaq. Lakin Rusiya Mərkəzi Bankının sədrinin keçmiş müavini Oleq Vyugin "Reuters"ə açıqlamasında ikirəqəmli uçot dərəcəsi, müharibənin maliyyələşdirilməsi üçün vergilərin artırılması və investisiyaların ixtisarı fonunda heç bir artım ideyasının olmadığını vurğulayıb:
"Hökumət, mahiyyət etibarilə, artımı bərpa etmək üçün heç nə təklif edə bilmir".
Yaxın Şərqdəki gərginlik səbəbindən neft qiymətlərinin müvəqqəti yüksəlməsi effekti isə qısamüddətli xarakter daşıyır.
Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Renat Süleymanov da iqtisadiyyatın uzunmüddətli "xüsusi hərbi əməliyyat"a dözməyəcəyini açıq şəkildə dilə gətirib:
 

"Hansı inkişafdan, investisiyadan və ya kapital xərclərindən söhbət gedə bilər? Nə tankların, nə də mərmilərin istehlak dəyəri var: iqtisadiyyat onları istehsal edir, lakin əhali onları istehlak edə bilmir".


Təhlillərə görə, 140 milyonluq əhaliyə malik olan Rusiya dərin daxili səhmlər və borc bazarı olmadığı, həmçinin xarici investisiyalardan məhrum edildiyi üçün Hindistan və ya Çin kimi daxili artım mühərriklərinə arxalana bilməz. Sanksiyalar yumşaldılmasa, ölkə daimi staqnasiyaya (durğunluğa) məhkumdur.
"Sberbank"ın Maliyyə Analizi Mərkəzinin rəhbəri Mixail Matovnikov vəziyyəti ümumiləşdirərək bildirib:
"İqtisadiyyata xarici təkan lazımdır. Bu təkan isə nə dövlət büdcəsindən, nə də bank sistemindən gələcək". (Haqqin.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 İyun 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri