Icma.az
close
up
RU
“Rusiyanı itirə bilmərik” Akademikdən Putinin iddiasına cavab

“Rusiyanı itirə bilmərik” Akademikdən Putinin iddiasına cavab

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Putinin işlətdiyi cümlə, əslində, çox maraqlı metaforadır, bədii təsvir vasitəsidir. Bu ifadənin bədiiliyi onun siyasiliyindən irəli gəlir".

Bunu “Yeni Sabah”a Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib.

Söhbət Rusiya prezidentinin Düşənbədə Tacikistana səfərinin yekunlarına dair mətbuat konfransında səsləndirdiyi sözlərdən gedir: "Azərbaycan demək olar ki, rusdilli ölkədir və bu, onun Rusiya ilə münasibətlərin inkişafına sadiqliyini göstərir".  pizza mizza

“Sovet hakimiyyəti dağıldıqdan sonra təbii ki, Azərbaycanda rus dilinin nüfuzu birinci mərhələdə xeyli aşağı düşdü. Amma bu, rus dilinin siyasi, ideoloji nüfuzunun aşağı düşməsi idi", - deyə Nizami Cəfərov fikirlərinə davam edib.

O vurğulayıb ki, rus dili Azərbaycana məhz siyasi, ideoloji, adminstrativ təsirlərlə gəlib:

"Doğrudur, o, elmi, intellektual, mədəni sahələri də əhatə edirdi, amma faktiki olaraq, çarizmin istilası ilə gəlib. SSRİ dövründə də həmin irticaçı siyasət davam etdi.

Azərbaycan xalqının həmişə rus dilinə ehtiyacı var. Elm öyrənmək üçün ən yaxın və yaxşı vasitə elə rus dilidir. Bunu vaxtilə Seyid Əzim Şirvani də məsləhət bilmişdi:

Ey oğul, hər lisanə ol rağib,

Xassə ol rus elminə talib.

Onlara ehtiyacımız çoxdur,

Bilməsək dil, əlacımız yoxdur”.

Professor qeyd edib ki, gənclərin əksəriyyəti hazırda rus dilindən çox ingilis dilinə maraq göstərir:

“Son illər Rusiyada elmin, mədəniyyətin səviyyəsinin əvvəlkindən çox-çox aşağı düşməsinə görə rus dilinə olan ehtiyacımız azalıb. Gənclərin əksəriyyəti indi ingilis dilini öyrənirlər. Rus dilinə indiki münasibətimiz nəhəng bir dövlətin imkanlarından gənclərimizin istifadə etməsi üçündür. Ölkəmizin Rusiya ilə iqtisadi münasibətləri, tarixi əlaqələri var.

Rus dilini bilmək bizim həm də türk dünyası ilə əlaqələrimizi gücləndirir. Bu gün rus dili bizə məişət, dolanışıq, pul qazanmaq, ticarət münasibətlərində iştirak etmək üçün lazımdır.

Vladimir Putin rus dilinin nəinki Azərbaycanda, bütün dünyada yayılmasını istəyir. Amma bu dilin yayılma ehtimalları artıq xeyli dərəcədə məhdudlaşıb. Əlbəttə, bu gün Putin də bilir ki, Azərbaycan xalqının rus dilinə olan münasibəti dərin sevgidən irəli gəlmir. Rus dili Azərbaycanda öz nüfuzunu tədricən ingilis dilinə verir. Amma Azərbaycan dilinin öz nüfuzu son dərəcə yüksəlir. Bu, dövlət siyasətimizdir. Bütün başqa dilləri öz ana dilimizdən sonra qiymətləndiririk”. 

N.Cəfərov vurğulayıb ki, ənənəvi olaraq, azərbaycanlı gənclərin əksəriyyəti işləmək üçün Rusiyaya üz tutur:

"Bu gün bizim hələ rus dilinə ehtiyacımız var. Bizim orta məktəbi bitirən gənclərimizin böyük bir hissəsi gedib Rusiyada çalışır. Bəzilərinin valideynləri Rusiyada çalışır və rus dilini öyrənib bu ölkəyə gedirlər. Rusiyanı itirə bilmərik. Çünki həm də məsələyə türk dünyası miqyasından baxırıq.

Türklər vaxtilə ərəb və fars dillərini öyrəndilər. Ərəb dünyasını da türklər idarə edirdi, fars dünyasını da. İslamın xəlifəsi türk idi. Yəni bu dilləri öyrənməklə türklər ümumən İslam dünyasına hakim oldular. Bu, türk dünyasının xarakterində bir göstəricidir. Çingiz Aytmatov, Oljas Süleymenov öz əsərlərini rusca yazıb. Onlardan əvvəl Mirzə Fətəli Axundov rus və fars dillərini dərindən öyrənib və bu dillərdə yazıb-yaradıb.

Amma çalışmalıyıq ki, rus dilini ailəmizə gətirməyək. Rus dili bizim intellektual, siyasi dilimiz olsun. İnanmıram rusdilli məktəbləri bağlamaqla nəsə qazanaq”.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Oktyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri