Icma.az
close
up
RU
Rusiyanın anti Azərbaycan siyasəti iflasa uğrayacaq ŞƏRH

Rusiyanın anti Azərbaycan siyasəti iflasa uğrayacaq ŞƏRH

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son aylarda yaşanan hadisələr Kremlin Azərbaycana qarşı məqsədyönlü düşmənçilik siyasətini daha da aydın göstərir. Ukraynanın Odessa istiqamətində Azərbaycan neftinin də ixrac olunduğu qaz kəmərinə hücum, SOCAR-ın yanacaqdoldurma məntəqələrinin dəfələrlə hədəfə alınması, səfirliyimizin yaxınlığındakı ərazilərə  raket zərbələri Moskvanın planlı təxribatının bariz nümunəsidir. Ötən ilin sonunda mülki sərnişin daşıyan təyyarəmizin vurulması, Yekaterinburqda baş verən hadisələr və MDB çərçivəsində nümayiş olunan soyuqluq da bu münasibətin davamı kimi dəyərləndirilir. Bu təxribatların fonunda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti arasında baş tutan tarixi görüş, iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsi və Cənubi Qafqazda sülhə yönəlik yeni imkanların açılması Moskvanın narahatlığını daha da artırıb. Rusiya regionda sabitliyi istəmir, Azərbaycanın müstəqil xarici siyasətini və ABŞ-lə güclənən əməkdaşlığını isə açıq şəkildə qısqanır.


Rusiyanın Azərbaycana qarşı düşmənçilik siyasəti və səbəblərini şərh edən Məhəmməd Əsədullazadə region ölkələrinin müstəqil xarici siyasət kursunun Kreml üçün qəbuledilməz olduğunu deyib. O "Sherg.az"a açıqlamasında Azərbaycanın  regional və beynəlxalq siyasətdə özünü müstəqil aktor kimi təsdiqlədiyini vurğulayıb: 


"Türkiyə ilə koordinasiyalı fəaliyyət, hərbi, siyasi və iqtisadi sahələrdə strateji müttəfiqlik Kreml üçün balansın dəyişməsi deməkdir. Ermənistanla birbaşa ikitərəfli danışıqlar  Moskvanın vasitəçilik monopoliyasını zəiflədib, onu regiondakı əsas arbitr rolundan kənarlaşdırıb. Qərblə enerji və təhlükəsizlik əməkdaşlığı Azərbaycanın Rusiya orbitindən çıxması istiqamətində mühüm addım kimi dəyərləndirilir. Rusiyanın məqsədi Azərbaycanı öz təsir dairəsində saxlamaqdan ibarətdir. Moskva, Azərbaycanın Ukrayna müharibəsində neytrallığını qəbul etmək istəmir, onu Belarus kimi açıq dəstək mövqeyinə çəkməyə çalışır. Bu isə birmənalı olaraq Azərbaycanın milli və dövlət maraqlarına ziddir. Balanslaşdırılmış siyasət ölkəmizin beynəlxalq mövqelərinin əsasını təşkil edir. Rusiya Azərbaycanı regional vassal kimi görmək istəyir, halbuki Bakı çoxvektorlu siyasət yürütməklə həm Qərb, həm də Şərq ilə münasibətləri tarazlaşdırır".


Moskvanın Azərbaycanı təzyiq altında saxlamaq üçün müxtəlif vasitələrdən istifadə etdiyini vurğulayan M.Əsədullazadə qeyd edib ki, AZAL təyyarəsinin vurulması diplomatik gərginliyi artırmaq və təhlükəsizlik siqnalı göndərmək məqsədi daşıyırdı. Ukraynadakı Azərbaycan səfirliyinə raket hücumu  isə  Azərbaycana siyasi mesaj ötürmək xarakterini özündə ehtiva edir. Ukrayna ərazisindəki SOCAR anbarlarının və yanacaqdoldurma məntəqələrinin vurulması isə Azərbaycana iqtisadi ziyan vurmaq, guya bizi "cəza"landırmaq planının tərkib hissəsidir və birbaşa bizə qarşı yönəlmiş düşmənçilik siyasətidir: 

"Rusiya regionu özünün "xüsusi təsir zonası" kimi görür, Azərbaycanın müstəqil siyasət yeritməsi isə onun bütün planlarını  pozur. Cənubu Qafqaz ölkələrini öz vassalı kimi görmək arzusu Rusiyanın bu bölgədən tamamilə sıxışdırılmasına səbəb oldu. Halbuki region ölkələri müstəqil siyasət yeritmək və Rusiya ilə qarşılıqlı əməkdaş etmək istəyirdilər. Bu prosesdə Qərb dövlətləri və Türkiyə regionda alternativ təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini gücləndirir. Fikrimcə,  Rusiya təzyiq taktikasını davam etdirəcək, lakin hərzaman olduğu kimi  Rusiyanın anti-Azərbaycan siyasəti iflasa uğrayacaq. Azərbaycan müstəqil  siyasəti apararaq həm iqtisadi təhlükəsizliyini, həm də siyasi müstəqilliyini möhkəmləndirir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Avqust 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri