Icma.az
close
up
RU
Rusiyanın anti diaspor siyasəti

Rusiyanın anti diaspor siyasəti

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Yaxud hüquqi təzyiqlərlə Azərbaycana ünvanlanan siyasi mesajlar

Moskva şəhərində Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib. Bu, son dövrdə Azərbaycan icmasının nümayəndələri ilə bağlı baş verən növbəti hadisədir. Həsənovun Rusiya vətəndaşlığı 2025-ci ilin sentyabrında ləğv edilib, 2026-cı ilin iyununda saxlanılaraq miqrantların müvəqqəti saxlanma mərkəzinə yerləşdirilib və avqustun 17-də Rusiyadan deportasiya olunub. Deportasiyadan əvvəl onun vətəndaşlıq məsələsi ilə bağlı məhkəmə prosedurları da olub.

Bu hadisəni artıq təkcə bir şəxsin hüquqi statusu ilə izah etmək çətindir. Çünki son iki il ərzində Rusiyada Azərbaycan diasporunun müxtəlif regionlardakı rəhbərləri ilə bağlı bir neçə oxşar qərar qəbul edilib. 2025-ci ilin iyulunda Moskva vilayətinin Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov əvvəlcə Rusiya vətəndaşlığından məhrum edilib, daha sonra ölkədən deportasiya olunub. Rusiya mətbuatı həmin vaxt İbrahimovun deportasiyasını Moskva–Bakı münasibətlərindəki gərginlik kontekstində də təqdim edirdi. 2026-cı ilin iyulunda isə Samara vilayətində Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun Rusiya vətəndaşlığı ləğv edilib. Səbəb kimi onların fəaliyyətinin dövlət təhlükəsizliyinin maraqlarına zidd hesab edilməsi göstərilib.

Uralda isə proses daha ağır nəticə ilə yekunlaşıb. Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski 2001 və 2011-ci illərdə törədilmiş qətl və sui-qəsdlərin təşkili ilə bağlı ittiham üzrə mart ayında 22 il müddətinə azadlıqdan məhrum edilib. Apreldə hakimiyyət nümayəndəsinə qarşı zorakılıq işi üzrə daha 9 il cəza alıb və əvvəlki hökm nəzərə alınmaqla ümumi müddət 24 ilə çatıb. İyul ayında apellyasiya məhkəməsinin əsas hökmü qüvvədə saxladığı barədə məlumat yayılıb.

Burada mühüm bir məqamı ayırmaq lazımdır. Şıxlinski işi ilə Həsənov və Kərimovun işləri hüquqi baxımdan eyni kateqoriyaya aid deyil. Şıxlinski barəsində konkret ağır cinayət ittihamları üzrə məhkəmə hökmü çıxarılıb. Həsənov və Kərimovla bağlı isə əsas məsələ vətəndaşlıq statusunun dəyişdirilməsi və sonrakı hüquqi nəticələrdir. Buna görə bu hadisələrin hamısını vahid hüquqi səbəblə izah etmək olmaz. Lakin siyasi mənzərə baxımından onların eyni vaxt intervalında meydana çıxması da diqqətdən kənarda qala bilməz. Deməli, siyasi baxımdan əlaqələr var.

Rusiyada Azərbaycan diasporuna münasibətin sərtləşməsinin birinci səbəbi kimi ölkənin daxili miqrasiya və təhlükəsizlik siyasətində baş verən dəyişikliklər önə çıxarılıb. Moskva son illərdə miqrasiya proseslərinə, xarici icmaların fəaliyyətinə və qeyri-formal təsir şəbəkələrinə nəzarət etməyə başlayıb. Diaspor təşkilatlarının yalnız mədəni və sosial fəaliyyətlə məhdudlaşmayaraq biznes, ictimai həyat və müxtəlif əlaqələr sahəsində ciddi təsir imkanlarına malik olması bu yanaşmanın tərkib hissəsidir. Azərbaycan diasporu bu baxımdan Rusiyada xüsusi çəkisi olan icmalardan biridir. Onilliklər ərzində formalaşmış sahibkarlıq əlaqələri, ictimai təşkilatlar, media resursları və müxtəlif sosial şəbəkələr Azərbaycan icmasına Rusiyanın ictimai-iqtisadi həyatında mövqe qazandırıb.

Bəxtiyar Həsənovun rəhbərlik etdiyi Moskva milli-mədəni muxtariyyətinin öz materiallarında da təşkilatın miqrantların sosial, hüquqi və psixoloji adaptasiyası ilə bağlı fəaliyyət göstərdiyi, o cümlədən Saxarovo müvəqqəti saxlama mərkəzinə səfərlər etdiyi qeyd olunurdu. Məhz bu nöqtədə Rusiyanın diaspor siyasətində dəyişiklik özünü göstərir: əvvəllər ictimai əlaqələrin və icma təşkilatlanmasının elementi kimi qəbul edilən fəaliyyətlər indi daha çox hüquqi, miqrasiya və təhlükəsizlik müstəvisindən qiymətləndirilir. Moskva xarici icmaların siyasi və iqtisadi təsir imkanlarına daha ciddi nəzarət etməyə çalışır. Daha doğrusu, Rusiya güclü diaspora təşkilatlarını istəmir. Dar çərçivədə fəaliyyət göstərməkdə maraqlıdır.

Bununla yanaşı, Moskva–Bakı münasibətlərindəki siyasi dəyişikliklər də prosesin ümumi fonunu formalaşdırır. Azərbaycan son illərdə xarici siyasətini daha çoxşaxəli qurub. Türkiyə ilə strateji müttəfiqlik münasibətləri dərinləşib, Avropa ilə enerji və nəqliyyat əməkdaşlığı genişlənib, Mərkəzi Asiya ilə siyasi və iqtisadi əlaqələr intensivləşib. Bakı, eyni zamanda, Rusiya ilə münasibətləri də qoruyub saxlayır. Yəni Azərbaycanın çoxvektorlu siyasəti Moskva ilə əlaqələrdən imtina etmək deyil, əksinə, müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq imkanlarını genişləndirməsidir. Lakin Rusiyada müəyyən siyasi dairələr bu prosesi fərqli qiymətləndirir. Azərbaycanın Türkiyə və Qərblə əlaqələrinin dərinləşməsi, Mərkəzi Asiyada fəallığının artması və Ukrayna məsələsində Moskvanın mövqeyi ilə tam üst-üstə düşməyən yanaşma nümayiş etdirməsi iki ölkənin siyasi gündəmində fikir ayrılıqlarını artırır. Belə bir şəraitdə diaspor məsələsi də artıq sırf diaspor məsələsi olaraq qalmır. Siyasi çalar qazanır.

Həsənovun vətəndaşlığının ləğvi və deportasiyası bu baxımdan maraqlıdır. 2025-ci ildə yayılan Rusiya mediası materiallarında onun qanunsuz miqrasiya, qaçaqmalçılıq məhsulları və etnik zəmində gərginlik yaratmaq kimi fəaliyyətlərlə əlaqələndirildiyi iddia olunurdu. Bu məlumatlar Rusiya mediasında və ayrı-ayrı siyasi kanallarda səsləndirilən ittihamlardır və onların hər biri üzrə hüquqi məsuliyyət ayrıca sübut və məhkəmə qərarı ilə müəyyən edilməlidir.

Ancaq həmin materiallarda daha maraqlı məqam başqa idi. Həsənovun işi Azərbaycan–Rusiya münasibətlərindəki gərginliklə birbaşa əlaqələndirilirdi. 2026-cı ilin avqustunda onun deportasiyası barədə Rusiya mediasında yayılan bəzi şərhlərdə də hadisə yalnız hüquqi məsələ kimi deyil, Azərbaycan–Rusiya münasibətlərinin ümumi fonunda təqdim olunub. Bu isə prosesin siyasi tərəfini ortaya çıxarır, eyni hadisəyə iki fərqli yanaşma formalaşdırır. Onlardan biri hüquqi, digəri isə siyasi. Əsas risk də məhz bu iki yanaşmanın bir-birinə qarışmasıdır.

Yeganə HACIYEVA,
Mətbuat Şurası İdarə Heyətinin üzvü

Rusiyanın bəzi sosial şəbəkə və media platformalarında siyasi tənqid sərhədlərinin aşılması, Azərbaycana qarşı zorakılığa, terror aktlarına və ərazi iddialarına çağırışların səsləndirilməsi ciddi narahatlıq doğurur. Belə ritorika artıq normal siyasi diskussiya çərçivəsindən kənara çıxır və iki ölkə arasında onsuz da həssas olan ictimai münasibətlərə mənfi təsir göstərir.

Ukraynadakı uzunmüddətli müharibənin ölkə daxilində yaratdığı sosial və iqtisadi problemlər mürəkkəb və uzunmüddətli həllər tələb edir. Belə şəraitdə cəmiyyətin diqqətini problemlərin real səbəblərindən yayındıraraq “xarici” və ya “daxili” günahkar obrazı yaratmaq daha asan siyasi vasitəyə çevrilə bilər.

Azərbaycanla Rusiya arasında uzun illər ərzində iqtisadi, humanitar və insanlararası əlaqələr formalaşıb. Bu münasibətlərin “düşmən qonşu” obrazı üzərindən təqdim edilməsi nə iki ölkə xalqlarının, nə də regionun maraqlarına xidmət edir.

Xüsusilə Rusiyada qanuni əsaslarla yaşayan, işləyən və təhsil alan azərbaycanlıların iki dövlət arasındakı siyasi fikir ayrılıqlarına görə kollektiv məsuliyyət daşıması yolverilməzdir. Ayrı-ayrı şəxslərin mümkün hüquq pozuntularına hüquqi qiymət verilməsi ilə bütövlükdə, milli icmaya münasibət arasında aydın sərhəd qorunmalıdır. Milli mənsubiyyətin siyasi təzyiq və ya düşmənçilik vasitəsinə çevrilməsi isə qəbuledilməzdir.

Rusiya çoxmillətli dövlətdir. Buna görə milli mənsubiyyət üzərindən sərt siyasi ritorikanın güclənməsi yalnız xarici ölkələrlə münasibətlərə deyil, ölkə daxilində ictimai münasibətlərə də təsir göstərir. Azərbaycana və digər postsovet xalqlarına qarşı düşmənçilik ritorikasının artması bu baxımdan yalnız xarici siyasət məsələsi deyil, həm də daxili siyasi və sosial riskdir.

Siyasi fikir ayrılıqları dövlətlərarası münasibətlərin təbii hissəsidir. Lakin bu fikir ayrılıqlarının xalqlar arasında düşmənçiliyə çevrilməsi artıq başqa məsələdir. Dövlətlər arasında münasibətlər dəyişə bilər, siyasi fikir ayrılıqları aradan qalxa bilər, amma cəmiyyətlər arasında yaradılan inamsızlığın nəticələrini aradan qaldırmaq daha çətindir. Problemlərə ən sağlam cavab günahkar axtarmaq deyil, onların real səbəbləri ilə üzləşməkdir.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Avqust 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri