Icma.az
close
up
RU
Rusiyanın artıq Ermənistanda uğur qazanması mümkün deyil Politoloq

Rusiyanın artıq Ermənistanda uğur qazanması mümkün deyil Politoloq

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Kreml Aİ-nin Ermənistandakı fəaliyyətindən narahat olaraq öz növbəsində Moskvaya bağlı qüvvələrin daha da gücləndirilməsinə çalışacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Qərbin yumşaq güc vasitəsilə Rusiyanın Ermənistandakı təsirini zəiflətmək cəhdinə Moskvanın sərgiləyəcəyi reaksiyanın nə olacağını şərh edərkən deyib.

"Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq istiqamətində mübarizə aparır. Belə mübarizə məkanlarından biri də Ermənistandır. 2026-cı ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Avropa İttifaqı kimi Rusiya da bu seçkiləri diqqətlə izləmək fikrindədir. Hətta Rusiya Ermənistanda öz istədiyi siyasətçinin hakimiyyətə gəlməsi üçün artıq müəyyən addımlar da atıb. Moskva biznesmen Karapetyanın timsalında növbəti emissarını Ermənistana göndərdi. Lakin İrəvana gələn kimi o həbs edildi. Moskva öz məqsədinə nail olmaq üçün həmçinin Ermənistandakı kilsə nümayəndələrindən də istifadə etməyə çalışır", deyə politoloq bildirib. 

Ekspert qeyd edib ki, belə vəziyyətdə Aİ-nin də hərəkətə keçməsi gözlənilən idi:

"Təbii ki, Aİ buna sakit dayanaraq baxa  bilməz. Onlar da artıq hərəkətə keçiblər. Aİ uzun müddətdir ki, Ermənistanı Rusiyanın  nüfuz dairəsindən qurtarmaq üçün vəsait  yatırır. Paşinyan hökuməti Aİ-ni tam qane edir”. 


Bu mənada, həmsöhbətimizin fikrincə, qarşıdan gələn ildə Ermənistanda kəskin formada Qərb və Rusiya qarşıdurmasının şahidi olacağıq:

"Sözsüz ki, Aİ-nin bu hərəkətliliyi Moskvanı da narahat edir. Kreml Aİ-nin Ermənistandakı fəaliyyətindən narahat olaraq öz növbəsində Moskvaya bağlı  qüvvələrin daha da gücləndirilməsinə çalışacaq. Bu mənada 2026-cı il seçkiləri gərgin keçəcək. Amma görünən odur ki, Rusiya əvvəlki seçkilərdə olduğu kimi, 2026-cı il seçkilərində də öz istədiyi namizədin qalib gəlməsinə nail ola bilməyəcək. Rusiyanın artıq Ermənistanda  uğur qazanması mümkün deyil”. 

Qeyd edək ki, Ermənistanda 2026-cı il seçkiləri yaxınlaşdıqca bu ölkə uğrunda Qərblə Rusiya arasında savaş kəskinləşir. Artıq Avropa İttifaqı (Aİ) 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlığa başlayıb. Aİ "ProElect” layihəsi vasitəsilə Ermənistanda keçiriləcək seçkilərə hazırlıqla bağlı genişmiqyaslı proqrama start verib. "Brüssel”dezinformasiyaya qarşı mübarizə" adı altında ölkənin seçki prosesini və media məkanını nəzarətə götürməyi planlaşdırır. Layihə Fransanın ERIM QHT-si tərəfindən xüsusi olaraq "demokratiyaya dəstək” üçün ayrılmış 270 milyon avro büdcə ilə həyata keçirilir. Mənbənin iddiasına görə, Aİ-nin hədəfi seçkilərdə baş nazir Nikol Paşinyan və komandasının qələbəsinə nail olmaqdır. 

Digər tərəfdən, Moskva da Ermənistandakı seçkilərə hazırlaşır. Kreml Paşinyana qarşı mübarizədə hələlik Rusiyada yaşayan erməni əsilli biznesmen və kilsə xadimlərinə bel bağlayır. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri