Rusiyanın Avropa və ABŞdəki dondurulmuş aktivləri əsasında Ukraynaya 50 milyard dollar ayrılacaq
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya pul köçürmə proseduru artıq tamamlanır".
Oxu.Az "Eurointegration"a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken jurnalistlərə açıqlamasında deyib.
Dövlət katibi qeyd edib ki, ABŞ və Avropa İttifaqı arasında qısa zamanda Ukraynaya pulun köçürülməsi üçün razılaşdırılmış plan mövcuddur.
"İndi dondurulmuş aktivlərə əsasən, biz Ukraynaya ayrılacaq 50 milyard dolları almalıyıq. Bu pullar yaxın həftələrdə bizdən, eləcə də Avropadan gələcək və bu, gələn il bir müddət Ukraynaya dəstək olacaq", - o bildirib.

Rusiyanın dondurulmuş 15 milyard dolları Ukraynaya verildi
13 Dekabr 2024 20:41
ABŞ Rusiyanın aktivləri hesabına Ukraynaya 20 milyard dollar ayırır
10 Dekabr 2024 22:57
Britaniya Rusiyanın aktivləri hesabına Ukraynaya 3 milyard dollar köçürəcək
16 Yanvar 2025 18:39
Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya daha 1 milyard ayrıldı
10 Sentyabr 2025 16:31
Avropa Rusiyanın dondurulmuş aktivləri ilə bağlı variantlar hazırlayır
29 Avqust 2025 21:50

