Icma.az
close
up
RU
Rusiyanın BMT dəki nümayəndəsi: “Ukraynada atəşkəs real deyil”

Rusiyanın BMT dəki nümayəndəsi: “Ukraynada atəşkəs real deyil”

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

 Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Ukraynada atəşkəs hazırda mümkün deyil.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o, Kiyev tərəfinin enerji infrastrukturlarına qarşı zərbələrə dair razılaşdırılmış moratoriumu dəfələrlə pozduğunu deyib. Nebenzya bu fikirləri BMT Təhlükəsizlik Şurasının qapalı iclasından sonra jurnalistlərə açıqlamasında səsləndirib.

Qeyd edək ki, ABŞ-ın prezidenti Donald Tramp mart ayında Rusiya və Ukrayna liderlərinə enerji obyektlərinə hücumların 30 gün dayandırılmasını təklif etmişdi. Putin bu təklifi qəbul edərək, Rusiya ordusuna əmri vermişdi. Zelenski də bu razılaşmaya əməl edəcəyinə söz vermişdi. Lakin Moskva Kiyevi öhdəlikləri pozmaqda ittiham edir və bildirir ki, Ukrayna tərəfi Rusiyanın enerji infrastrukturlarına hücumları davam etdirib.

Tramp isə açıqlamasında Rusiya tərəfindən irəli sürülən atəşkəs təklifinə bu həftənin sonuna – aprelin 20-nə qədər cavab veriləcəyini gözlədiyini deyib. O, “ölüm və qan tökülməsinin dayandırılmasının” vacib olduğunu vurğulayıb.

ABŞ fevralın ortalarında Ukraynada müharibəyə son qoymaq məqsədilə Rusiya ilə danışıqlara başlayıb. Vaşinqton həm Moskvaya, həm də Kiyevə 30 günlük tam atəşkəs təklif edib. Prezident Putin bu ideyanı ümumilikdə dəstəklədiyini, lakin hələ də müzakirə olunmalı məqamların olduğunu bildirib.

Daha sonra Kremlin sözçüsü Dmitri Peskov etiraf edib ki, ABŞ-la danışıqlarda çətinliklər yaranıb. Onun sözlərinə görə, bu çətinliklərə əsasən “Kiyev rejimi” və “birdən-birə müharibə şahinlərinə çevrilmiş” Avropa İttifaqı ölkələri səbəb olub.

“The Moscow Times”ın mənbələrinə görə, Putin Ukrayna ilə danışıqlarda əvvəlki kimi sərt və maksimalist tələblərini saxlayır. Bildirilir ki, onun ətrafında əsasən “müharibə partiyası”na məxsus sərt xətt tərəfdarları üstünlük təşkil edir.

Mart ayında Səudiyyə Ərəbistanında keçirilən görüşdə Rusiya nümayəndə heyəti Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bütün inzibati sərhədləri daxilində Rusiyanın nəzarətinə verilməsini tələb edib.

Mənbələrdən birinin iddiasına görə, Kreml hətta Ukraynanın Dnepropetrovsk və ya Sumi bölgələrinin bir hissəsini ələ keçirməyi və bu əraziləri daha sonra Xerson və Zaporojye ilə dəyişməyi təklif edə bilər.

Hətta iddialar var ki, Moskva Dnepropetrovsk və ya Sumi kimi digər bölgələri də ələ keçirmək, sonra isə bəzi əraziləri “dəyişmək” planı üzərində düşünür.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Aprel 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri