“Rusiyanın bölgədə hansı nüfuzu qalıb ki, onunla mübarizə aparılsın?”
Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.
“ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsi, “Tramp yolu” layihəsini reallaşdırmağa başlaması və Azərbaycanla strateji tərəfdaşlıq xartiyasını imzalaması Kremli “hərəkətə” gətirib. Rusiya rəsmiləri, diplomatları və deputatları bir ağızdan eyni cümləni təkrarlayırlar: “Qərb ölkələri Rusiyanın Cənubi Qafqazda mövqelərini zəiflətməyə çalışırlar”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Rusiyanın bölgədə hansı nüfuzu qalıb ki, onunla mübarizə aparılsın? Rusiya Cənubi Qafqazda mövqeyini qorumaq üçün nə edib ki, bölgə ölkələri Moskva ilə hesablaşsınlar? Rusiya Gürcüstanın ərazisini işğal edib, Azərbaycanın mülki təyyarəsini vurub, Ermənistanda radikal müxalifətin əli ilə hakimiyyəti yıxmağa çalışır. Bütün bunlar varkən, bölgə ölkələri obyektiv olaraq Rusiyadan məsafə saxlayacaq, Türkiyə, Avropa İttifaqı və ABŞ-ilə əməkdaşlığı genişləndirəcəklər”, - deyə o, bildirib.
Vasif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 21 Fevral 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















