“Rusiyanın bu addımı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Məlum olduğu kimi, 14 noyabr tarixində təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşüb. Nəticədə səfirlik ərazisinə, eləcə də ərazidəki avtomobillərə, inzibati binaya ciddi ziyan dəyib.
Bununla bağlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Rəsmi Bakı tərəfindən səfirə kəskin etiraz bildirilib və müvafiq nota təqdim edilib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Rusiyanın məlum addımını tənqid edib, bunu beynəlxalq hüquq qaydalarının kobud şəkildə pozulması kimi dəyərləndirib:
“Şübhəsiz, Rusiyanın bu addımı beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Bu səbəbdən də Azərbaycan haqlı olaraq Rusiyaya nota təqdim edib, ona öz etirazını bildirib. Başqa sözlə desək, rəsmi Bakı beynəlxalq hüquq çərçivəsində edə biləcəyi hər şeyi edib.
Beynəlxalq hüquq müharibə zamanı digər ölkələrin diplomatik korpus və nümayəndəliklərinin təhlükəsizliyini təmin etməyin vacibliyini əks etdirir. Lakin müharibə zamanı beynəlxalq hüququn bir çox normaları kimi bu tələbi də bəzən pozulur. Xatırladım ki, Yuqoslaviyanın vurulması zamanı Çinin bu ölkədəki səfirliyi də bombalanmış, bu, o zaman rəsmi Pekin tərəfindən haqlı etirazla qarşılanmışdır. Yəni nə qədər arzuedilməz olsa da, müharibədə bu cür hallara təsadüf edilir. Bu baxımdan Kiyevdəki Azərbaycan səfirliyinin dron hücumundan zərər görməsi faktı da beynəlxalq hüququn tələblərinin ciddi şəkildə pozulması deməkdir və qəbuledilməzdir”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 14 Noyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















