Icma.az
close
up
RU
Pakistanlı ekspert: Hindistanın təcavüzü beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır

Pakistanlı ekspert: Hindistanın təcavüzü beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Pakistan və Hindistan arasında mövcud böhran çox ciddidir. Ötən gecə Hindistan Pakistanın üç şəhərini heç bir əsas olmadan raket atəşinə tutub. Hücum nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 26 günahsız dinc sakin həyatını itirib. Hindistanın bu təcavüzü faciə və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır".

Bunu Oxu.Az-a açıqlamasında pakistanlı beynəlxalq məsələlər və xarici siyasət üzrə ekspert Kasvar Klasra deyib.

Onun sözlərinə görə, Hindistanın mülki əhalini hədəfə alması əvvəlcədən düşünülmüş addım olub və qarşı tərəfin niyyəti eskalasiyanı artırmağa xidmət edir:

"Bununla belə, Pakistanın cavabı dərhal, həm də dəqiq və dağıdıcı oldu. Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin cəsarətli və uzaqgörən rəhbərliyi altında Pakistan Silahlı Qüvvələri misilsiz dəqiqliklə qarşı tərəfə cavab zərbələri endirdi. Hindistanın beş qırıcı təyyarəsi vuruldu və əsas hərbi mövqeləri, o cümlədən briqada komandanlığının qərargahı xarabalığa çevrildi. Mesaj aydındır: Pakistan zorakılığa məruz qalmayacaq və istənilən müharibə aktına böyük güclə cavab veriləcək".

"Silahlı qarşıdurma Pakistanın seçimi deyil. İslamabad beynəlxalq ictimaiyyətə xəbərdarlıq edərək, Birləşmiş Millətlər Təşkilatı, ABŞ və Böyük Britaniyanı Pahalqam hücumu ilə bağlı müstəqil araşdırma aparmağa çağırmışdı. Pakistan hətta əməkdaşlıq etməyi və araşdırmada iştirak etməyi təklif etmişdi. Lakin Hindistan bu təklifi qəti şəkildə rədd etdi. Yeni Delhinin beynəlxalq araşdırmaya icazə verməməsi həm onun bəd niyyətini, həm də diqqəti Kəşmirdə davam edən böhrandan yayındırmaq fonunda çarəsizliyini ortaya qoyur.

Pahalqam hadisəsi təcili diplomatik diqqət tələb edən nüvə qarşıdurması nöqtəsi olan həllini tapmamış, Kəşmir mübahisəsinə qlobal diqqətin vacibliyini yenidən gündəmə gətirdi. Ancaq unutmaq olmaz ki, general Munirin komandanlığındakı Pakistan təcavüzkar Hindistan məsuliyyətə cəlb olunmayana və onun döyüş vasitələrinə ağır xərclər vurulmayana qədər rahatlaşmayacaq. Çünki bu müharibəni Hindistan başladıb. Pakistan isə bu döyüşü qətiyyətlə, nizam-intizamla və məqsədinə nail olmaqla başa vuracaq".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 May 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri