Icma.az
close
up
RU
İsrail beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozur Françeska Albaneze

İsrail beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozur Françeska Albaneze

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Onlar hər gün insan hüquqlarından danışır, amma fələstinliləri insan hesab etmir..."

İsrail təcavüz, zorakı torpaq ilhaqı, irqi ayrı-seçkilik və aparteid rejiminin tətbiqi, işgəncələr və soyqırım qadağası kimi beynəlxalq hüququn əsas prinsiplərini pozur.

Moderator.az xəbər verir ki, bu barədə BMT-nin İudeya-Samariya və Qəzzada insan hüquqları məsələləri üzrə xüsusi məruzəçisi Françeska Albaneze “Anadolu” agentliyinə verdiyi müsahibəsində bəyan edib.

"Bölgədəki ərəb dövlətləri və digər dövlətlər ciddi narahatlıq keçirməlidir, çünki İsrail liderləri və İsrail cəmiyyətinin digər seqmentləri "Böyük İsrail" layihəsini genişləndirməkdən bəhs edir. İndi onlar açıq şəkildə bildirir ki, Cənubi Livan və Suriyanın bəzi hissələri onlara məxsusdur və hətta İordaniyaya göz dikiblər. Bu təkəbbür harada dayanacaq? Beynəlxalq ictimaiyyət sərhəd çəkib "Yetər" demədiyi müddətə qədər bu, dayanmayacaq,” - deyə Albaneze vurğulayıb.

"Fələstin artıq qeyri-yəhudi fələstinlilər, xristian və müsəlman fələstinlilər üçün mövcud deyil. Onların evlərini əllərindən alıblar, çoxları qaçqın vəziyyətinə düşüb. Fələstinlilərə qarşı ədalətsizliyə baxmayaraq, İsrail BMT-nin tanınmış üzvüdür. Amma bu halda İsrail beynəlxalq hüquqa uyğun davranmalıdır", - xüsusi məruzəçi bildirib.

O, İsrailin "beynəlxalq hüququn qanuni sərhədlərini aşdığını" vurğulayıb. "İsrail beynəlxalq sistemin sərhədlərini yoxlayıb və görüb ki, bu məhdudiyyətlər getdikcə daha da yumşalır, beynəlxalq ictimaiyyət isə buna yol verir", - o, qeyd edib.

"Cəzasızlıq daha çox cəzasızlıq yaradır və bu, çox təhlükəli bir xəstəlikdir", - Albaneze qeyd edib və vurğulayıb ki, "Qəzzada mülki şəxslər arasında qurbanların sayı artmaqda davam edir, beynəlxalq ictimaiyyət isə bu qırğına qarşı qərarlı mövqe tuta bilmir", - Albaneze vurğulayıb.

"Qəzzada baş verənlərin heç bir məntiqi yoxdur. Mülki əhalinin bombalanması və qaçqın düşərgələrinə hücumların heç bir bəraəti ola bilməz", - BMT nümayəndəsi əlavə edib.

Qərb liderlərinin İsrailyönümlü mövqeyini tənqid edən Albaneze bildirib ki, "onlar fələstinliləri insan hesab etmir, baxmayaraq ki, hər gün insan hüquqları haqqında danışırlar".

"Mənim xüsusilə amerikalı və alman siyasətçilərdən eşitdiyim bəyanatlar İkinci Dünya Müharibəsi və Holokostdan sonra 80 il ərzində qurduğumuz bütün dəyərlərə ziddir", - o, davam edib. O, ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edəcəyi ilə bağlı təhdidlərini "təhlükəli və utancverici" adlandırıb.

"Bəzi intellektualların da qeyd etdiyi kimi, bu vəziyyət ABŞ-ın siyasi rəhbərliyinin dünya səhnəsində, eləcə də onların yaxın Qərb müttəfiqləri daxilindəki təkəbbürünü əks etdirir, onlar digər dövlətləri bərabər hesab etmir", - Albaneze bildirib.

BCM-ə üzv dövlətlərin İsrailin baş naziri Benyamin Netanyahu üçün həbs qərarını yerinə yetirməyəcəkləri ilə bağlı bəyanatlarını şərh edən Albaneze deyib:

"Polşa, Macarıstan və Fransa buna bənzər bəyanatlar verib. Məsələn, Polşa Netanyahuya Osvensim ziyarəti üçün icazə verəcəyini bəyan edib. Onlar israillilərin ətrafında davamlı imtiyazlılıq hissi yaradır ki, bu da uzun müddətdə elə israillilərin özlərinə zərər verəcək və artıq indi çoxları soyqırım törətməkdə iştirak edir və bunu həyata keçirir.”

"Ortaya çıxan sübutlar, görüntülər və şahid ifadələri çox qaranlıq bir mənzərə yaradır: mülki əhali güclü bombardmanlarla məruz qalaraq parçalanıb və snayperlər, pilotsuz uçuş aparatları tərəfindən hədəfə alınıb", - BMT rəsmisi əlavə edib.

O, bildirib ki, İsrail ordusunun rəhbərliyi əsgərlərə sosial mediada paylaşdıqları videolarda üzlərini gizlətməyi əmr edib: "Bu, hərbi cinayətlərin dolayısı ilə etirafıdır".

"Əsgərlərinə cinayət törətməməyi məsləhət vermək əvəzinə, İsrail deyir ki, "video paylaşarkən üzünüzü örtün və ya bulandırın və ya vəkil tutmağa çalışın", - Albaneze bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Yanvar 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri