Icma.az
close
up
RU
Rusiyanın bu hərəkətləri dövlətin acizlik göstəricisidir Siyasi şərhçi

Rusiyanın bu hərəkətləri dövlətin acizlik göstəricisidir Siyasi şərhçi

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Yekaterinburq şəhərində baş verən məlum hadisələrlə bağlı ilk reaksiyam belə oldu: Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı törətdiyi vəhşilik sadəcə məmur özbaşınalığı, qeyri-peşəkarlığı, nadanlığı deyil, əslində bu dövlətin imperialist mahiyyətindən irəli gəlir və illərdir formalaşmış və tətbiq etdiyi "beynəlmiləlçilik siyasətinin", başqa xalqlara, hətta "yaxın və müttəfiq" hesab etdiyi xalqlara olan əsl münasibətinin bariz nümunəsidir!
Lakin sonra bu hadisəni və onun ətrafında baş verənləri araşdırmaq, təhlil etmək və daha obyektiv, əsaslandırılmış nəticə əldə etmək qərarına gəldim. Bu məqsədə nail olmaq üçün hesab edirəm ki, məsələyə iki aspektdən yanaşılmalı və qiymətləndirilməlidir:
Hüquqi aspektdən – yeni kriminoloji vəziyyətə nəzarət, cinayətkarlığa, xüsusilə də etnik cinayətkarlığa qarşı mübarizə, bu və ya digər cinayət işləri çərçivəsində həyata keçirilən əməliyyat tədbirləri, istintaq hərəkətləri kimi.
Siyasi aspektdən – yəni dövlətlərarası və millətlərarası münasibətlər prizmasından.
Əminəm ki, hər kəs razılaşar ki, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, istənilən cinayət bu və ya digər ölkənin qanunvericiliyi çərçivəsində araşdırılmalı, onu törədən şəxs məsuliyyətə cəlb olunmalı və müvafiq cəzasını almalıdır.
Amma Rusiyanın ürəkbulandıran TV-lərinə, KİV-inə diqqət yetirsək, xüsusilə son illər intensivləşən maraqlı tendensiyanın şahidi olarıq. Yayılan kriminal xəbərlərin “əsas qəhrəmanları”, Rusiyada kriminal vəziyyətlə bağlı statistikanın artımına təsir edən element bir qayda olaraq məhz ya miqrantlar, ya da Rusiya vətəndaşı olan digər xalqların, əsasən də Mərkəzi Asiya və Qafqazın müsəlman xalqlarının nümayəndələridir. Qəribədir ki, digər millətlərin bu və ya başqa formada iştirak etdiyi cinayət hadisələri böyük bir şouya çevrilir, gündəmi zəbt edir. Bütün KİV-lər, “növbətçi ictimai-siyasi xadimlər”, pravoslav din xadimləri və s. – hər kəs bu hadisədən danışır, cinayətin mahiyyəti qalır bir yanda, cinayətkarın milli mənsubiyyəti müzakirə mövzusuna çevrilir.
Qısası, Rusiyanın “gebbelssayağı” təbliğatından belə təəssürat yaranır ki, bu ölkədə yerli əhali, yəni ruslar, qanuna zidd əməllərə yol verməyən sakit, dinc və necə deyərlər “yumşaq və hamardırlar”, digər xalqların nümayəndələri isə “cinayətkar ünsürlərdir”. Bu səbəbdən də cinayət hadisələrinin 90–95 %-ni məhz “milli azlıqlar” törədir. Bu azmış kimi, həmin kriminal hadisənin iştirakçısına qarşı törədilən qanuna və insanlığa sığmayan tədbirlər bir yana, bunu bəhanə edərək böyük bir kampaniyalar təşkil olunur. Bu məsələyə aidiyyəti olmayan çoxsaylı miqrant saxlanılır, onlar incidilir, yaranmış vəziyyət süni şəkildə şişirdilir. Bu proses hətta öz vətəndaşları olan, lakin milli və dini mənsubiyyəti fərqli olanlara, qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olan digər miqrantlara qarşı reydlərlə, onlara qarşı kobud, aşağılayıcı tədbirlərlə müşayiət olunur. Vətəndaşlığından asılı olmayaraq başqa xalqın nümayəndələrinin hüquqlarının, biznes fəaliyyətinin məhdudlaşdırılmasına, yerli ictimaiyyətdə onlara qarşı mənfi rəy formalaşdırılmasına səbəb olur.
Bəs əslində necədir? Doğrudanmı Rusiyada cinayətlər törədənlərin çoxu digər xalqların nümayəndələridir?
Təbii ki, Rusiyada cinayətlərin “milli tərkibi” (etnik mənşəyi) haqqında məlumatlar kifayət qədər məhduddur (başqa cür olsaydı təəccüblü olardı), ancaq mövcud statistikaya və araşdırmalara əsaslanaraq bəzi məlumatları qeyd etmək olar.
Heç demə... 2024-cü ildə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına görə, xarici vətəndaşların törətdiyi cinayətlərin ümumi payı təqribən 4 % olub (!). Hətta digər müstəqil və xarici mənbələrdə bu rəqəm daha aşağıdır, yəni 2 % civarındadır. Bəlkə də bu fərqlər hesablamada istifadə olunan metodoloji yanaşmalardan qaynaqlanır. Amma hər halda, ümumilikdə, kriminal statistikada digər xalqların və xarici vətəndaşların payı olduqca aşağıdır – 2–4 % arasında dəyişir. Bu rəqəm də, Kremlə bağlı şovinist düşüncəli primitiv və manqurt Solovyovların, Simonyanların, Babayanların, Popovların, Skobayevaların at oynatdığı mənfur təbliğat maşınının növbəti dezinformasiyalarını alt-üst edir.
Bəs Rusiyanın əməllərini ört-basdır etməyə çalışdığı, əslində isə ölkə daxilində törədilən cinayətlərin 96–98 %-ni törədən “doğma rus cinayətkarları” ilə bağlı vəziyyət necədir? Yəni öz təbirlərincə desək, “slavyan mənşəli” cinayətkarlar Rusiya və dünyada nə işlə məşğuldurlar?
Rusiyanın “proxy criminal networks” (proksi cinayət şəbəkələri) təşkilatı regional və beynəlxalq səviyyədə fəaliyyət göstərir və birbaşa Rusiya dövləti ilə əlaqəli iqtisadi və kiber cinayətlərdə iştirak etməsi ehtimal edilir (yadınızdadır da, lap bu yaxınlara Azərbaycana da qarşı kiberhücum təşkil etmişdilər).
Qlobal miqyasda rus cinayətkar şəbəkələri ABŞ və Avropada geniş yayılıb. Bu ölkələrdə rus mənşəli kriminal şəbəkələr mövcuddur. Bəzi mənbələrin verdiyi məlumatlara görə, Rusiyadan çıxmış 200-dən çox peşəkar kriminal təşkilat 44 ölkədə fəaliyyət göstərir. Xüsusən Yunanıstan, Kipr, Almaniya, Baltik ölkələri, Böyük Britaniya və Fransada çirkli pulların yuyulması, kibercinayətlər, silah, narkotik və insan alveri ilə məşğuldurlar. Bundan əlavə, Rusiyanın həm hədəf, həm də tranzit ölkə olaraq insan alveri və qaçaqmalçılıqda mühüm rol oynadığı beynəlxalq cinayətkarlıqla mübarizə institutlarına məlumdur. Bu şəbəkələr beynəlxalq səviyyədə “dəhşətli təhlükə” hesab olunur və ABŞ kimi ölkələr buna qarşı sanksiyalar tətbiq edir.
Yəni... Rusiya hüquq-mühafizə orqanları vəzifə borclarını ləyaqətlə yerinə yetirmiş olsalar, öz işlərini vicdanla, peşəkarlıqla görmüş olsalar, əsl cinayətkarlıqla mübarizə aparardılar.
Ümumiyyətlə isə Rusiyanın müvafiq strukturlarının mütəmadi olaraq miqrantlara, vətəndaşlığından asılı olmayaraq digər xalqlara, xüsusilə də türk və müsəlmanlara qarşı həyata keçirdiyi bu cür tədbirlər cinayətkarlığın qarşısının alınması məqsədi ilə keçirilən əməliyyat tədbirlərindən daha çox siyasi tədbirlərdir. Sanki bu cür hərəkətlərlə digər xalqları qorxu içərisində saxlamağa, həmin milli azlıqlara yönəlik “əzələ nümayişidir”.
Əks halda, Rusiya hüquq-mühafizə sisteminin ən ali eşelonunda oturanlardan, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantlara, həmçinin Rusiya vətəndaşları olan digər xalqlara olan kin və nifrətini gizlətməməsini, etdiyi qanunsuz, insan haqları pozulması ilə bağlı hərəkətlərini ört-basdır etməməsini, digər xalqların nümayəndəsinin cinayətindən şou hazırlanmasını, cinayətkar olduğu ehtimal edilən şəxsin saxlanması zamanı quraşdırılmış ucuz tamaşanın aktyoru kimi Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsevin özünün iştirakını, bütün bu proseslərdə yol verilmiş zorakılıq, insan haqlarının pozulması, şəxsiyyətin alçaldılmasını və s. qanuna zidd hərəkətlər olmaqla yanaşı, nəinki peşəkarlığa, elementar insani dəyərlərə, etikaya sığmayan əməlləri nə ilə izah etmək olar? Bu iyrənciliklərin sonradan açıq şəkildə TV-də, internetdə və KİV-də nümayiş etdirilməsi sağlam məntiq nöqteyi-nəzərindən izah etmək çətindir.
İstənilən halda, hər şeydən əvvəl bu cür zorakı, eyni zamanda ucuz hərəkətlər dövlətin zəiflik və acizlik göstəricisidir.
Hadisənin siyasi mahiyyəti – dövlətlərarası, millətlərarası münasibətlər baxımından təsiri.
Rusiyanın siyasi rəhbərliyi, ələlxüsus da hazırkı iqtidarı nə vaxt anlamağa başlayacaqlar ki, 180-dən artıq etnik qrupun yaşadığı Rusiya çoxmillətli dövlətdir, orada uzun əsrlərdir çoxsaylı xalqların nümayəndələri birlikdə yaşayır və çalışırlar. Təəssüf ki, tarix sübut edir ki, Rusiyanın millətlərarası siyasətində ciddi səhvlərə yol verilib, bu siyasət daim bir xalqın xeyrinə istifadə olunub. Bu siyasət digər xalqları əzməkdən, onları istismar etməkdən, dillərini, mədəniyyətlərini məhv edərək onları assimilyasiyaya uğratmaqdan, müharibə və hərbi əməliyyatlar zamanı “qurbanlıq qoyun” və ya onların öz təbirincə desək, “пушечное мясо” kimi ön sıralara göndərib qırğına verməkdən ibarətdir. Məhz əsrlər boyu həyata keçirilən bu cür millətlərarası siyasətin, “beynəlmiləlçilik ideologiyasının” və ekoloji və resurs eksplatasiyasının (neft, qaz, mədən layihələrinin yerli torpaqları dağıtması və istismar edilməsi) nəticəsidir ki, 20-dən artıq aborigen etnik qrupun tamamilə nəsli kəsilib və ya assimilyasiyaya uğradılıb. Ən çox da bu siyasətin “bəhrəsini” “Şimal, Sibir və Uzaq Şərqin azsaylı yerli xalqları” kateqoriyasına aid olan, o cümlədən türkdilli xalqlar görüb. Bir neçə xalq istisna olmaqla, əksər xalqlar ciddi demoqrafik, dil, mədəniyyət və resurslardan istifadə problemləri ilə üzləşiblər.
Digər dövlət və xalqlarla münasibətə qaldıqda isə burada məsələ daha aydındır: Rusiyaya nifrət edənləri və ya, yumşaq desək, isti yanaşmayanları saymaqdansa, az-çox loyal olanları sadalamaq daha asandır – Şimali Koreya, Kuba, bir neçə Afrika ölkəsi və bir də keçmiş SSRİ respublikalarından bir neçəsi (o da siyasi rəhbərlik səviyyəsində, xalqlara qalsa, gürcünün, qazağın, özbəyin və s. Rusiyaya böyük məhəbbət bəsləməsi şübhəlidir).
Obrazlı desək, bu gün Rusiya sanki dəvəquşunu xatırladır. Daxildə təbliğat maşını dayanmadan işləyir, bütün uğursuzluqlar, böhranlar, məğlubiyyətlər ört-basdır edilir. Ətrafda hər kəs düşməndir! Hər yerdə, hər saat, hər dəqiqə yalan, dezinformasiya, böhtan, iftira!!!
Son illər ərzində etnik stereotiplərin Rusiya cəmiyyətində kök salması və mövcud hakimiyyətin yanlış millətlərarası siyasəti, qonşularla münasibəti düşmənçilik səviyyəsinə gətirməklə yanaşı, ölkə daxilində də qeyri-rus xalqlara qarşı diskriminasiyanın və islamofobiyanın artmasına səbəb olub. Özünü bütün dünyaya qarşı qoyan Rusiya, bütün istiqamətlərdə uduzan, düşdüyü zibildən çıxmaq üçün etdiyi yanlış çabalar, hərəkətlər daha böyük səhvlərə səbəb olur. Eyni zamanda bir neçə istiqamətdə konfliktlərdə iştirak etmək iddiasında olan, özünü çox çətin və çıxılmaz vəziyyətə salan, xüsusilə Ukrayna ilə müharibənin bu qədər uzanması Rusiyanın reputasiyasını alt-üst etməklə yanaşı, superdövlət, dünyanın “ikinci ordusu” imicini darmadağın edib. Ən pessimist analitiklərin belə ağlına gəlməyən, artıq 3 il davam edən müharibə Rusiyanı həm maliyyə, həm iqtisadi, həm texniki, həm də insan resursu, ən əsası da ideoloji baxımdan tükəndirib. Beynəlxalq ictimaiyyəti, dünyanı demirəm, artıq onların münasibəti məlumdur, daxildə də problemlər yaranmağa başlayıb. Axı Solovyovların, Simonyanların əxlaqsız, tərbiyəsiz, heç bir etik çərçivəyə sığmayan yalanları insanları nə qədər doydura bilər?
Bax bu boşluğu yaşayan Kreml çıxış yolunu ifrat millətçilik, şovinizm, dini radikalizm və s. bu kimi qeyri-demokratik, qeyri-sivil metodlarla köklənən və digər xalqlara, xüsusilə də türklərə, müsəlmanlara qarşı nifrət siyasəti və onlara qarşı təzyiqlərlə doldurmağa çalışır. Xüsusilə siyasi gərginliklər dövründə (Ukrayna müharibəsi, Suriya böhranı, iqtisadi gərginlik, daxili terror təhlükəsi elan olunduqda) miqrant və qeyri-ruslara qarşı “təmizləmə” reydləri keçirilir.
Ən gülməlisi də odur ki, Rusiya xarici siyasəti o qədər cılız duruma düşüb ki, qonşu dövlətlərlə siyasi münasibətlərdəki dəyişkənlik, Rusiyada həmin dövlətlərin vətəndaşlarına qarşı ciddi hərəkətlənməyə səbəb ola bilər. Məsələn, Rusiya–Azərbaycan münasibətlərindəki kiçicik bir sərinlik (məsələn, Türkiyə, Pakistanla yaxınlaşma, Ermənistanla bu və ya digər məsələnin razılaşdırılması və s.) Rusiyadakı azərbaycanlı icmasına dolayı təzyiq vasitəsi kimi istifadə oluna bilər.
Rusiya və onun Prezidenti başda olmaqla siyasi rəhbərliyi anlamalıdırlar ki, Rusiya kimi çoxmillətli dövlətdə millətlərarası münasibətlərə yanlış siqnal effekti verən ritorikaya yer olmamalı, irqçilik, diskriminasiya, ksenofobiya kimi zərərli meyllərin qarşısı vaxtında alınmalıdır. Xüsusilə Rusiyanın xarici siyasətinin aynası və dəyənəyi kimi çıxış edən hüquq-mühafizə orqanlarının fəaliyyəti və bu ətrafda həyata keçirilən qeyri-adekvat tədbirlər, TV və digər KİV-lərin qızışdırıcı mövqeyi bumeranq effekti verə və Rusiya iqtidarının hələlik yeganə dayağı olan Rusiya ictimaiyyəti, cəmiyyəti üçün arzuolunmaz proseslərə səbəb ola bilər.
Çoxmillətli ölkələrdə yalnız milli və dini tolerantlıq, xalqlar arasında balanslı, ölçülüb-biçilmiş siyasət müvəffəqiyyət qazana bilər. Bu balansın pozulması ciddi sarsıntılara, problemlərə səbəb olur.
Əhməd Abbasbəyli
Siyasi şərhçi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 İyun 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see222

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see200

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see131

Telegram 3,5 milyon cərimələndi

12 Avqust 2025 05:31see129

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see123

Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

12 Avqust 2025 21:16see123

Qarabağ qalibiyyətə LAYİQ KOMANDADIR Şkendiya nın baş məşqçisi

12 Avqust 2025 22:41see122

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see120

Bu gün yağış yağacaq PROQNOZ

12 Avqust 2025 08:15see119

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see118

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see117

Liverpul dan A Seriyası klubuna 35 milyon avroluq təklif

13 Avqust 2025 00:53see117

Azərbaycan nefti bahalaşıb

12 Avqust 2025 09:20see117

Şəfa Qəbələ toplanışında 3 sınaq matçı keçirəcək AÇIQLAMA

12 Avqust 2025 21:16see117

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see116

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see116

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see116

“Qarabağ”dan dördüncü qol Yenilənir

12 Avqust 2025 20:37see115

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see114

2025 ci ildə ən çox turist qəbul edən ölkələr SİYAHI

12 Avqust 2025 16:02see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri