Icma.az
close
up
RU
Rusiyanın dezinformasiyaları puça çıxır

Rusiyanın dezinformasiyaları puça çıxır

Icma.az bildirir, Aznews.az portalına istinadən.

AZAL-ın vurulan təyyarəsinin “qara qutu”larının materiallarının sürəti Azərbaycan və Rusiyaya təhvil verilib, gələn həftə açıqlanacağı gözlənilir.

Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev bildirib ki, “qara qutu”ların materialları internetdə yayımlanan stenoqramlardan fərqlənir.

“Caliber” saytı isə mənbələrə istinadən yazır ki, Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pantsir S-1” HHM sistemi vurulduğunu təsdiq edir.

Hər şey məlumdur: təyyarəni Rusiya vurub və Bakı Moskvadan bunun etiraf edilməsini, müvafiq kompensasiyanın ödənilməsini istəyir;

Rusiyanın məsuliyyətdən yayınmaq imkanları məhduddur, “qara qutuların” sürəti Moskvaya verildiyi kimi, Bakıya da verilib və həqiqəti gizlətmək cəhdlərinə qarşı Azərbaycan faktları yayacaq. Yayılan informasiyaları da rəsmi Bakının əlində faktların olduğu mesajı hesab etmək olar.

Lakin yayılan informasiyalarda diqqət çəkən məqamlar da var.

Birincisi: “məlumatlı mənbələrin bildirdiyinə görə, Rusiya işi ört-basdır etməyə çalışsa və istintaqın nəticələrini açıqlamasa, Azərbaycan beynəlxalq hüquqi qurumlara müraciət edəcək”.

İkincisi: 2020-ci il noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən Rusiya helkopterinin vurulmasında, eləcə də 2023-cü sentyabrında keçirilən antiterror əməliyyatları zamanı “sülhməramlılara” məxsus avtomobilin atəşə məruz qalmasında günahın rusiyalı hərbçilərdə olduğu, buna baxmayaraq, Azərbaycanın üzr istədiyi, təzminat ödədiyi və əlaqəli şəxsləri məsuliyyətlə cəlb etdiyinə dair məlumatların mediada tirajlanmasıdır.

Bu informasiyalar təsadüfi deyil: istisna deyil ki, “qara qutular” hər şeyi ortaya çıxarsa belə, Rusiyanın təyyarənin vurulması faktından boyun qaçırmaq istəkləri haqda Azərbaycanda məlumat var, Lavrovun “qara qutular” açılmamışdan öncə - 14 yanvarda jurnalistlərə açıqlamasında “Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”ları çox maraqlı məlumatlar verib” sözləri də bu kontekstdə diqqətəlayiqdir; gözlənilən bu cəhdlərə qarşı Moskvaya informasiyalar üzərindən “həqiqətləri gizlətmə, təzminat ödə və günahkarları məsuliyyətə cəlb et” mesajı verilir;

Rusiya dezinformasiya taktikasına əl atsa belə, artıq qaçmağa yeri qalmayıb.

Asif NƏRİMANLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 25 Yanvar 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see141

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see138

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see137

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see137

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see134

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see128

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see125

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see124

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see124

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see123

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see122

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see120

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see120

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see118

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see118

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see117

ABŞ da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

13 Aprel 2025 08:23see117

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see116

Kişilərin uğur qazanmasına mane olan 6 VƏRDİŞ

13 Aprel 2025 10:19see115

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri