Rusiyanın gəliri Ukraynaya edilən yardımdan daha çoxdur Bild
Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Rusiyanın Avropa İttifaqından qazandığı gəlir Aİ-nin Ukraynaya ayırdığı hərbi yardımdan çoxdur.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” yazıb.
Məlumata görə, 2025-ci ildə Rusiya enerji və xammal ixracından ümumilikdə 233 milyard avro gəlir əldə edəcək. Bu məbləğin 20 milyard avrodan çoxu Avropa ölkələrinin payına düşür – bu isə Aİ-nin Ukraynaya ayırdığı hərbi dəstəkdən çoxdur.
Sanksiyalara baxmayaraq, Avropa ölkələri hələ də Rusiyadan qaz, neft, kömür və uran alır. Təkcə 2025-ci ilin fevral ayında bu məhsulların alışı 2 milyard avroya çatıb. Müqayisə üçün: həmin ay “üçüncü ölkələr” – əsasən Çin, Hindistan və Türkiyə – Rusiyaya cəmi 640 milyon avro ödəyiblər.
“Bild” vurğulayır ki, bu vəsaitin böyük hissəsi Rusiya ordusu və müdafiə sənayesinə yönləndirilir. Bu isə Moskvanın Ukraynaya qarşı hərbi fəaliyyətlərini gücləndirməsinə şərait yaradır.
Aysel Əliyeva
Globalinfo.az


