Icma.az
close
up
RU
Rusiyanın gizli qəhrəmanı geri çəkilir? Vəziyyət dəyişdi, dünya nəhəngini qorxuya salan həmlə

Rusiyanın gizli qəhrəmanı geri çəkilir? Vəziyyət dəyişdi, dünya nəhəngini qorxuya salan həmlə

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çinin Rusiya ilə bağlı tutduğu mövqe dünya mediasında yenidən kəskin müzakirələrə səbəb olur. Qlobal nəhənglərdən biri kimi Çin, ən gərgin mübahisələrdə – Pakistan-Hindistan, İsrail-İran münaqişələrində və indi də Rusiyanın Qərb tərəfindən sıxışdırılmasında susqunluğunu qoruyur.

Maraqlıdır ki, Pekinin Moskva ilə kifayət qədər yaxın əlaqələri var. Həmçinin Ukrayna ilə müharibədə Rusiyaya elan edilməmiş yardımlar göstərdiyi də iddia olunurdu, lakin rəsmi səviyyədə heç bir dəstək bəyanatı verilmədi. O cümlədən, Çinin Hindistanla müharibədə Pakistana, İsraillə müharibədə isə İrana yardım göndərdiyinə dair məlumatlar da yayıldı.

Pekin hazırda Moskvanı maraq dairəsindən çıxarıbmı? Rusiya-Çin ittifaqı sona çatır?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, Çinin mövqeyində kəskin dəyişiklik yoxdur:

Prezident Si Cinpinin dönəmində nə qədər aqressiv siyasət yürüdülsə də, Çin İkinci Dünya müharibəsindən sonra neytral mövqe tutmağa üstünlük verib. Başqa dövlətlərin münaqişələrində yer almamağa çalışıb. Rusiya-Ukrayna müharibəsində də bu mövqeyin şahidi olduq. Çin hətta vasitəçi olmaq təklifini irəli sürüb. Faktiki olaraq, Moskvaya dəstəyinin böyük olduğunu görürük. İki ölkə arasında imzalanan qaz sazişləri, ticarət əlaqələri, Rusiyanın hərbi texnologiya istehsalına etdiyi yardımlar və s. göstərir ki, Çin daha çox gizli dəstək verir. O, mövcud müharibə fonunda  Rusiyanın mövqeyini dəstəkləyir. Hazırda səssizliyini qoruması isə ABŞ-la münasibətlərini nəzərdən keçirməsindən qaynaqlanır.

Həmçinin oxuyun:

Rusiyanın bu addımı Azərbaycana xüsusi xəbərdarlıqdır – Britaniyalı politoloqdan SENSASİON detallar

Moskvanı maraq dairəsindən çıxarmaq mümkün deyil. Pekin çox yaxşı başa düşür ki, Qərbin yaratdığı beynəlxalq siyasi düzən onun maraqlarına uyğun gəlmir. Bu vəziyyətdə ən yaxın müttəfiqi də Moskvadır. Çin də neoreallıqdan narazıdır və bu məsələdə Rusiyanı tək qoymayacaq”.


Sultan Zahidov

Politoloqun sözlərinə görə, ABŞ Rusiyanı deyil, Çini “vurmağa” hazırlaşır:

“Son 10-15 ildə rəsmi ABŞ-ın xarici siyasət doktrinasında Çin əsas hədəflərdən biridir. Dünya hegemonu kimi Vaşinqtonu sıxışdırmaq potensialı rəsmi Pekinə məxsusdur. Çinin iqtisadi imkanları da bunu deməyə əsas verir. Belə hal yaşayanarsa, Pekin hərbi və siyasi sahələrdə də əsas gücə çevrilə bilər. Lakin hazırkı məqamda Rusiya ilə iqtisadi əməkdaşlıq Çin üçün hava və su qədər əhəmiyyətlidir.”

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri