Icma.az
close
up
RU
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? Deputatlar şərh verdilər

Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? Deputatlar şərh verdilər

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər Rusiya mediası, xüsusilə də dövlətin nəzarətində olan müxtəlif qurumlar Azərbaycana qarşı saxta ittihamlar irəli sürərək informasiya müharibəsi aparırlar.

Onlar bu təxribatı daha çox sosial şəbəkələr, xüsusilə "Facebook" platforması vasitəsilə edirlər.

Əlbəttə ki, bu cür hallar ilk növbədə Azərbaycanın müstəqil siyasət yürütməsi, milli maraqlarına uyğun qərarlar verməsi və regionda artan nüfuzunun bəzi dairələr tərəfindən qəbul olunmaması ilə əlaqəlidir.

Bəs, Azərbaycan Rusiyanın bu hücumundan, yalançı ittihamlarından qurtulmaq üçün nə etməlidir? Bu ölkəyə necə cavab verilməlidir?

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, bunun əsas səbəbi Rusiyanın milli azlıqlara qarşı həyata keçirdiyi sistemli assimilyasiyadır:

"Bu gün rus mediası, xüsusilə də dövlətin nəzarətində olan təbliğat maşını Azərbaycana qarşı saxta ittihamlar irəli sürərək ölkəmizin tolerantlıq ənənələrini gözdən salmağa çalışır. Halbuki Solovyov da daxil olmaqla, bütün bu simasız təbliğatçıların niyyəti Rusiyada milli azlıqlara qarşı həyata keçirdikləri sistemli assimilyasiya siyasətini gizlətməkdən ibarətdir".

Deputat Rusiyada milli azlıqların assimilyasiyaya uğradılması ilə bağlı statatistikanı da açıqlayıb:

"Rusiya Federasiyasının rəsmi məlumatlarına görə, son illər ölkədə milli azlıqların ana dilini bilənlərin sayı sürətlə azalır. Əgər 1989-cu ildə Mordva dilini bilənlərin sayı 33 faiz idisə, indi cəmi 2 faiz təşkil edir. Mari dilini bilənlərin payı 26 faizdən 4 faizə, Udmurt dilini bilənlərin sayı 30 faizdən 6 faizə, Komi dilini bilənlərin sayı 56 faizdən 10 faizə enib. Rəsmi statistik göstəricilərə görə, 2002-ci ildə tatar dilini 5,3 milyon nəfər bilib. 2021-ci ildə bu göstərici 3,8 milyon nəfərə enib. Yəni 20 il ərzində 1,5 milyon nəfər assimilyasiya siyasəti nəticəsində öz ana dilindən məhrum edilib. 2002-ci ildən 2021-ci ilədək başqır dilini bilənlərin sayı 1,45 milyon nəfərdən 1,09 milyon nəfərə enib. 360 min nəfərlik azalma baş verib. 2002-ci ildən 2021-ci ilədək çuvaş dilini bilənlərin sayı 1,77 milyon nəfərdən 1,1 milyon nəfərə qədər azalıb. 700 min nəfər məxməri assimilyasiya siyasəti nəticəsində öz ana dilindən uzaq düşüb".

Parlamentari onu da qeyd edib ki, Rusiya yalnız öz sərhədləri çərçivəsində deyil, beynəlxalq müstəvidə də xalqların hüquqlarına qarşı çıxır:

"Qeyd edim ki, Rusiya yalnız öz sərhədləri çərçivəsində deyil, beynəlxalq müstəvidə də xalqların hüquqlarına qarşı çıxır. Belə ki, Moskva BMT Baş Assambleyasının qəbul etdiyi Yerli Xalqların Hüquqları Bəyannaməsini dəstəkləməyib. Səbəb təbii ki, aydındır. Moskva xalqların öz torpaqları və resursları üzərində hüququnu tanımaq istəmir. Rusiya həmçinin Beynəlxalq Əmək Təşkilatının 169 saylı Konvensiyasını da ratifikasiya etməyib. Çünki bu sənəd də yerli xalqların mülkiyyət və muxtariyyət hüquqlarını təsbit edir. Bir tərəfdə yüz illərdir mövcud olan milli dillərin və mədəniyyətlərin sıradan çıxarıldığı, dövlət səviyyəsində assimilyasiya siyasətinin aparıldığı Rusiya, digər tərəfdə isə milli azlıqların hüquqlarını qoruyan, onların mədəni irsini inkişaf etdirməyə şərait yaradan Azərbaycan dayanır. Bu müqayisə bütün həqiqəti açıq şəkildə göstərir. Əslində, rus mediasının səngimək bilməyən kampaniyaları da bir göstəricidir: Azərbaycan gücləndikcə, regionda nüfuzu artdıqca, müstəqil siyasətini qətiyyətlə həyata keçirdikcə, Rusiyadakı neoimperialist dairələr və onların təbliğatçıları bundan narahat olurlar. Onların qəzəbi və əsassız ittihamları isə Azərbaycanın gücünün və uğurlarının göstəricisidir".

 

Mövcud problemlə əlaqəli çox uzun danışmayan Milli Məclisin deputatı Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, Rusiya Azərbaycana qarşı nə edirsə, gec-tez cavabını alır:


"Hesab edirəm ki, bu gün Azərbaycan cəmiyyəti, mediası, Milli Məclisin deputatları, rəsmi qurumlar Rusiyaya kifayət qədər adekvat və samballı cavablar verirlər. Onlar atdıqları hər bir yanlış addımın qarşısını almalıdırlar. Bu həm hüquqi müstəvidə, həm də media müstəvisində icra edilir. Rusiya nə qədər desə də, bar-bar bağırsa da bu ölkə Azərbaycandan daha çox asılıdır. Ona görə Rusiya bu məqamı nəzərə almalıdır. Bilməlidirlər ki, atdıqları addımlar və edilən cəhdlərin qarşısı Azərbaycan tərəfindən yüksək səviyyədə, böyük qətiyyətlə alınır. Əgər ticarətə məhdudiyyətdən söhbət gedirsə, Azərbaycan da bunu edəcək. Yox, əksi olacaqsa, Azərbaycan da bunu davam etdirəcək. Daha yaxşı olar ki, onların da cavabları adekvat olsun və Azərbaycana qarşı nə edəcəklərsə, o cümlədən etməyi planlayırlarsa, hamısının cavabını alacaqlarını öncədən bilsinlər".

Mikayıl Mirzəzadə

Yazı Medianın İnkişafı Agentliyinin "fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusunda dərc edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Avqust 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri