Deputatlar sülh müqaviləsinə görə Mirzoyanı məhkəmə verdilər
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan parlamentinin “Hayastan” müxalifət blokunun 4 deputatı İrəvan və Bakı arasında sülh müqaviləsi layihəsi ilə tanış olmağa qadağa qoyulduğuna görə hökumətə və Ermənistan Xarici İşlər Nazirliyinə qarşı mə.hkəmə iddiası qaldırıb.
Modern.az xəbər verir ki, bunlar müxalif deputatlar Artur Xaçatryan, Qeqam Manukyan, Anna Qriqoryan, və Kristin Vardanyandır.
Parlamentarilər xarici işlər naziri Ararat Mirzoyanın 14 mart 2024-cü il tarixli əmrinə etiraz etmək istəyirlər, həmin əmrlə sülh müqaviləsi layihəsinin mətni ilə tanış olmaq müxalifətə qadağan edilib.
Robert Makeyanın sədrliyi ilə keçiriləcək məhkəmə iddianı qəbul edib və ilk iclas 2025-ci il yanvarın 14-nə təyin olunub.
Oktyabrda baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, əslində spekulyasiyaya yol verməmək üçün sazişin mətnini müxalifətə göstərməyi qadağan edən odur. Onun sözlərinə görə, müxalifət mətni oxuyacaq, sonra parlamentin iclas otağına gələrək nağıl danışmağa başlayacaq.
Baxış sayı:157
Bu xəbər 02 Dekabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















