Rusiyanın iqtisadi vəziyyəti kəskin pisləşib Büdcə defisiti 61 milyard dollara çatıb
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Müharibə iqtisadiyyatı Rusiyanın özünə zərbə vurmağa davam edir: Rusiya büdcəni ixtisar etməyə hazırlaşır, – Financial Times yazır.
Neft və qaz gəlirləri ilin əvvəlindən bəri 20% azalıb, ÜDM-in artımı isə demək olar ki, üç dəfə zəifləyib. Büdcə kəsiri isə planlaşdırılan ÜDM-in 0,5%-i əvəzinə 4,9 trilyon rubl (61 milyard dollar) təşkil edib.
Rusiya Maliyyə Nazirliyi artıq hərbi olmayan sahələrdə – infrastruktur layihələri, klublar və sanatoriyalara subsidiyalar kimi sahələrdə xərcləri azaltmağı müzakirə edir.
İqtisadçılar bildirirlər ki, yaranan “dəliklər” yeni borclanma hesabına və qismən ehtiyat fondundan qarşılanacaq. Qeyd olunur ki, ehtiyat fondunun yarısı artıq müharibəyə xərclənib.
Problemləri daha da dərinləşdirən səbəblər bunlardır:
İşçi qüvvəsi çatışmazlığı,
Kömür sənayesində geriləmə,
Kredit keyfiyyətinin pisləşməsi,
Rublun möhkəmlənməsi (rublun dəyəri artdıqca, neft və qaz satışından büdcəyə daxil olan rubl məbləği azalır, bu da kəsiri bağlamağı çətinləşdirir).
Hətta mümkün atəşkəs halında belə, Rusiya hərbi xərcləri dərhal azalda bilməyəcək, çünki hərbi texnikanın bərpası üçün zavodlara illərlə vaxt lazım olacaq.
Ekspertlər qeyd edirlər ki, Kreml ilk dəfə real büdcə “seçimləri” ilə üzləşir – yəni, hərbi xərclərlə sosial proqramlar arasında seçim etməli olacaq. Bu şəraitdə tənəzzül riski getdikcə daha real görünür.
Baxış sayı:42
Bu xəbər 08 Sentyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















