Icma.az
close
up
RU
Rusiyanın müharibəni bitirmək planı: Putinin tapşırığı icra edilmədi

Rusiyanın müharibəni bitirmək planı: Putinin tapşırığı icra edilmədi

Icma.az bildirir, Ayna portalına istinadən.

Politoloq: "Məqsəd sonda Kiyevi təslimçi sülh imzalamağa vadar etməkdir"

"Rusiya Ukraynada apardığı müharibənin uzanmasının ona istər qlobal geosiyasətdə, istərsə də resurs baxımından çox ağır zərbələr vurduğunu şübhəsiz ki, görür və anlayır. Kiyev başda olmaqla, Ukraynanın müxtəlif şəhərlərinə raket-dron zərbələrinin intensivləşdirilməsi, eləcə də yay hücumu çərçivəsində yeni cəbhələr açılması, Sumı və Zaporojye istiqamətlərində, müharibəni mümkün qədər tez yekunlaşdırmaq planının tərkib hissəsidir. Məqsəd Ukraynanın iradəsini qırmaq o cümlədən, xalqı canından bezdirib, savaşı bitirmək yönündə Zelenski hökumətinə təzyiq göstərməsinə nail olmaq və sonda Kiyevi təslimçi sülh imzalamağa vadar etməkdir".

AYNA.AZ xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. Onun sözlərinə görə, planın icrası Moskvanın istədiyi kimi getmir: "Ötən həftələrdə Rusiya ordusu Sumı istiqamətində 7-12 km dərinliyə qədər irəliləyə bilsə də, Ukrayna ordusu onların qarsısını kəsə bilib və son günlər işğalçıları Rusiya sərhədinə doğru qovur. Diktatorun Sumı vilayəti ərazisində “bufer zonası” yaratmaq barədə tapşırığını ordu icra edə bilmədi. Bu tapşırığın icrası üçün cəlb edilmiş qüvvələrin özəyini Putinin çox yüksək qiymət verdiyi 155-ci əlahiddə dəniz piyadaları briqadası təşkil edir. Lakin Ukrayna ordusu iyulun 2-də dəqiq raket zərbəsi ilə bu briqadanın komandan heyətini sıradan çıxartdı. Bu zərbə nəticəsində Rusiya Hərbi Dəniz Donanmasının komandan müavini, general-mayor Mixail Qudkovun və köməkçisi, 2-ci dərəcəli kapitan Nəriman Şıxəliyevin öldürüldüyü barədə daha öncə məlumat vermişdik. İndi məlum olub ki, həmin zərbə nəticəsində 155-ci briqadanın komandiri, polkovnik Sergey İlyin, briqadanın qərargah rəisi, polkovnik Leonid Başkardin, qoşunların idarəetməsi və rabitə təminatı üzrə qərargah rəisi, 2-ci dərəcəli kapitan Aleksandr Şipunov də ölüb. Təcrübəli komandirlərdən məhrum qalmış briqadanın Ukrayna ordusu tərəfindən utilizasiyası davam edir". 

"Zaporojye istiqamətindəki əməliyyat isə Ukrayna komandanlığını öz ehtiyatlarını müxtəlif istiqamətlərə səpələməyə məcbur etməyə yönəlmiş yayındırıcı hücum idi. Burada da Ukrayna ordusu düşmənin komanda məntəqəsinə dəqiq raket zərbəsi endirib. Nəticədə 346-cı xüsusi təyinatlı əlahiddə briqadanın qərargah rəisi, Putinin “Rusiya qəhrəmanı” adını verdiyi mayor Aleksandr Volkov və daha 10 zabit öldürülüb", Cəfərli qeyd edib. 

Politoloq qeyd edib ki, Ukraynanın raket hücumundan müdafiəsi üçün NATO ölkələri əlavə addımlar atmağa hazırlaşır: "Hazırda yeni “Patriot” sistemlərinin (3 kompleks) Ukraynaya tədarükü üçün Avropa və ABŞ arasında danışıqlar gedir. “Reuters”in məlumatına görə, Donald Tramp gələn həftə ilk dəfə olaraq prezident səlahiyyətləri çərçivəsində Ukraynaya əvəzsiz hərbi yardım ayırmağa hazırlaşır. Bundan başqa, ABŞ maliyyə naziri Bessent bildirib ki, prezident Tramp Ukraynanın bərpası üzrə İnvestisiya Fonduna rəhbərliyi öz üzərinə götürüb". 

"Bütün gövdəsi ilə Ukraynadakı girdaba daxil olmuş Rusiyanın digər qlobal və regional məsələlərə müdaxilə imkanlarının getdikcə məhdudlaşdığı göz önündədir. ABŞ, Britaniya və İsrail, yəni anqlo-saksonlar və yəhudilər müxtəlif regionlarda öz planlarını daha rahat icra etməyə başlayıb. Orta Şərqdə Türkiyə də daxil və Cənubi Qafqazda cərəyan edən proseslərin vahid mərkəzdən idarə olunduğunu söyləmək yəqin ki, yanlış olmaz".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://ayna.az
archiveBu xəbər 11 İyul 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri