Icma.az
close
up
RU
Yatmazdan əvvəl içki içənlərə XƏBƏRDARLIQ

Yatmazdan əvvəl içki içənlərə XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Bəzi insanlar yatmazdan əvvəl spirtli içki qəbul etməyin daha tez yuxuya getməyə kömək etdiyini düşünür. Hətta bunu rahatlamaq və günün yorğunluğunu atmaq üsulu kimi görənlər də var. Lakin mütəxəssislər bu vərdişin yuxunun keyfiyyətinə, ürək-damar sisteminə və ümumi sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən qida məsələləri üzrə ekspert Fərid Səfərov bildirib ki, spirtli içki mərkəzi sinir sisteminə təsir edərək ilkin mərhələdə süstlük və yuxululuq yaradır. Lakin bu, orqanizmin sağlam şəkildə istirahət etməsi demək deyil:

“Alkoqol ürək döyüntülərini sürətləndirə, qan təzyiqinə təsir göstərə, susuzlaşmaya səbəb ola bilər. Həmçinin sidik ifrazını artırdığı üçün insanın gecə ərzində bir neçə dəfə oyanmasına şərait yaradır. Reflüksü gücləndirə, xoruldama və yuxu apnesi kimi tənəffüs problemlərini ağırlaşdıra bilər. Alkoqolun yaratdığı yuxululuq təbii yuxu prosesi ilə eyni deyil. İnsan daha tez yuxuya getsə də, yuxunun strukturu pozulur. Xüsusilə REM yuxusu, yəni beynin emosional emal və yaddaş prosesləri üçün vacib olan mərhələ zəifləyir. Alkoqolun təsiri azaldıqca gecənin ikinci yarısında yuxu səthiləşir, tez-tez oyanmalar baş verir. Nəticədə insan səhər yorğun, halsız və diqqəti dağınıq vəziyyətdə oyana bilər. İnternet mağaza

Yatmazdan əvvəl müntəzəm spirtli içki qəbul etmək zamanla alkoqoldan psixoloji və fiziki asılılıq riskini artırır. Orqanizm təsirə alışdıqca əvvəlki yuxululuğu əldə etmək üçün daha çox içkiyə ehtiyac yarana bilər. Uzunmüddətli alkoqol istifadəsi yüksək qan təzyiqi, ürək ritminin pozulması, qaraciyərin yağlanması və zədələnməsi, immun sisteminin zəifləməsi, depressiya və yaddaş problemləri ilə əlaqəlidir. Bundan əlavə, alkoqol bir sıra xərçəng növlərinin riskini də artırır”.

Ekspert qeyd edib ki, ümumiyyətlə, yatmazdan ən azı 4–6 saat əvvəl alkoqol qəbulunu dayandırmaq tövsiyə olunur:

“Lakin bu müddət alkoqolun tamamilə orqanizmdən xaric olması demək deyil. Qaraciyər orta hesabla bir standart alkoqol porsiyasını (təxminən 14 qram saf spirt) emal etmək üçün təxminən 2 saat və ya daha çox vaxta ehtiyac duya bilər. Bu müddət qəbul edilən miqdardan, içkinin növündən, bədən çəkisindən, qaraciyərin fəaliyyətindən və digər fərdi amillərdən asılıdır. Qəhvə içmək, duş qəbul etmək və ya su içmək alkoqolun parçalanmasını sürətləndirmir.

Əsas məqam budur ki, spirtli içki yuxuya getməyi asanlaşdırsa da, sağlam və bərpaedici yuxu vasitəsi deyil. Günün yorğunluğunu aradan qaldırmaq üçün alkoqola müraciət etmək əvəzinə, müntəzəm yuxu rejimi yaratmaq, yatmazdan əvvəl ekran istifadəsini azaltmaq və rahatlaşdırıcı vərdişlər formalaşdırmaq daha sağlam yanaşmadır”.

Aydan Hacı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Noyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri