Rusiyanın Novosibirsk vilayəti Qanunvericilik Məclisinin sədr müavini Mais Məmmədovdan AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verirəm.
Bu ağır itkinin kədərini bölüşürəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Hörmətlə,
Mais Məmmədov
Rusiyanın Novosibirsk vilayəti Qanunvericilik Məclisinin
sədr müavini
Baxış sayı:96
Mənbə:https://azertag.az