Rusiyanın Qazaxıstandakı səfiri: Bu, bizim hamımız üçün böyük faciədir AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Astana, 26 dekabr, AZƏRTAC
Bu, vətəndaşları təyyarədə olan və qəza nəticəsində həlak olan Azərbaycan, Rusiya və digər dövlətlər üçün həqiqətən də böyük faciədir.
Bu barədə Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycanın Astanadakı səfirliyində olarkən AZƏRTAC-a məlumat verib: “Bu gün mən Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar Rusiya Federasiyası və onun Qazaxıstandakı səfirliyi adından başsağlığı vermək üçün Azərbaycanın Astanadakı səfirliyinə gəldim. Kədərinizə şərikik və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”.
Səfir qəza zamanı yaralananların tezliklə sağalmalarını və normal həyata qayıtmalarını diləyib.
“Bu, hamımız üçün böyük faciədir. Biz Qazaxıstanda insanların faciəyə necə reaksiya verdiyini görürük. Onlar səfirliklərə gəlir, başsağlığı verir, xəstəxanalarda qan verirlər. Hadisənin araşdırılması istiqamətində yardımın göstərilməsi ilə bağlı görülən operativ iş də xüsusi təşəkkürə layiqdir”, - deyə o vurğulayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Dekabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















